...

Prezident İlham Əliyev estoniyalı həmkarını təbrik edib

Siyasət Materials 23 Fevral 2018 18:02
Prezident İlham Əliyev Estoniya Prezidenti Kersti Kalyulayda təbrik məktubu göndərib.
Prezident İlham Əliyev estoniyalı həmkarını təbrik edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Prezident İlham Əliyev Estoniya Prezidenti Kersti Kalyulayda təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli xanım Prezident, Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Estoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti