...

Milli Məclisin növbəti plenar iclası öz işinə başladı

Siyasət Materials 6 Mart 2018 12:01 (UTC +04:00)
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.
Milli Məclisin növbəti plenar iclası öz işinə başladı

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Trend-in məlumatına görə, iclasda ilk öncə deputatlar Birləşmiş Millətlər Təşkilatının "Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya"sına qoşulmaq haqqında qanun layihəsini müzakirə edəcək.

Daha sonra Seçki Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, Ticarət Gəmiçiliyi Məcəlləsinə, o cümlədən "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Sosial sığorta haqqında", "Yaşayış minimumu haqqında" və digər qanunlara əlavə və dəyişikliklər müzakirə ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 24 məsələ daxildir.

Xəbər lenti

Xəbər lenti