...

Elmar Məmmədyarov: Azərbaycan regionda sülh və təhlükəsizliyin tərəfdarıdır

Siyasət Materials 16 Mart 2018 11:37 (UTC +04:00)
Azərbaycan mövcud münaqişələrin həlli və münaqişə vəziyyətlərindən ədalətli çıxış yollarının tapılması vasitəsilə regionda və dünyada sülh və təhlükəsizliyin tərəfdarıdır.
Elmar Məmmədyarov: Azərbaycan regionda sülh və təhlükəsizliyin tərəfdarıdır

Bakı. Əli Mustafayev - Trend:

Azərbaycan mövcud münaqişələrin həlli və münaqişə vəziyyətlərindən ədalətli çıxış yollarının tapılması vasitəsilə regionda və dünyada sülh və təhlükəsizliyin tərəfdarıdır.

Trend-in məlumatına görə, bunu VI Qlobal Bakı Forumunda Yaxın Şərqdə sülh və təhlükəsizlik mövzusuna həsr olunmuş müzakirələr zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir deyib: “Azərbaycan geniş Yaxın Şərqin tərkib hissəsidir və bizim üzləşdiyimiz problemlər qlobal xarakter daşıyır. Azərbaycan ərazisinin bir hissəsi işğal olunub, bir milyondan çox ölkə vətəndaşı qaçqına çevrilib. Və bu cür problemlərlə regionun digər ölkələri də üzləşir. Buna yol vermək olmaz”.

E.Məmmədyarov qeyd edib ki, bütün dünyada, o cümlədən Yaxın Şərq və Cənubi Qafqazda iğtişaş və münaqişələrin əsas tərkib hissəsi məlumatlılıqdır:

“Dünya nəticələri, problemləri əvvəlcədən görməlidir və onların yaranmasının və yayılmasının qarşısını almalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti