Bakı. Trend:
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 aprel tarixli 1174 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:
“Komissiyanın həmsədri
Azərbaycan Respublikasının vergilər naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.
Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Xorvatiya Respublikası tərəfinə bildiriş göndərmək tapşırılıb.