...

“Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti – son 100 il” adlı konfrans keçirilib (FOTO)

Siyasət Materials 29 Mart 2018 11:43 (UTC +04:00)
Mart ayının 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti – son 100 il” adlı konfrans keçirilib.
“Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti – son 100 il” adlı konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Mart ayının 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti – son 100 il” adlı konfrans keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, millət vəkili Elman Nəsirov, DQİDK və AMEA-nın məsul şəxsləri, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransda vurğulanıb ki, tədbirin keçirilməsində əsas məqsəd Ermənistanın Azərbaycana təcavüzünün tarixi və mövcud durumunun təhlili, ölkəmizin multikultural mühitinə təhdidlər, eləcə də bu sahədə qarşıda duran vəzifələrin müzakirəsidir.

Qeyd edək ki, tədbir Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə dair” Tədbirlər Planına uyğun olaraq keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti