...

Prezident İlham Əliyev Azərbaycanın Hindistanda yeni səfirini, Yekaterinburqda baş konsulunu təyin edib (YENİLƏNİB)

Siyasət Materials 2 Aprel 2018 19:02 (UTC +04:00)
Prezident İlham Əliyev Əşrəf Şıxəliyevin Azərbaycanın Hindistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycanın Hindistanda yeni səfirini, Yekaterinburqda baş konsulunu təyin edib (YENİLƏNİB)

Bakı. Trend:

Prezident İlham Əliyev Əşrəf Şıxəliyevin Azərbaycanın Hindistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Əşrəf Fərhad oğlu Şıxəliyev Azərbaycanın Hindistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilsin.

Dövlət başçısının digər sərəncamı ilə İlqar Fazil oğlu İskəndərov Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanın baş konsulu vəzifəsinə təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti