Dmitri Kiselyov: İlham Əliyev kimi bir liderləri olduğu üçün azərbaycanlılar çox xoşbəxtdirlər

Dmitri Kiselyov: İlham Əliyev kimi bir liderləri olduğu üçün azərbaycanlılar çox xoşbəxtdirlər

Bakı. Trend:

Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ərəfəsində "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru, məşhur teleaparıcı Dmitri Kiselyov Sputnik Azərbaycan-a müsahibə verib.

- Siz dəfələrlə prezident İlham Əliyevlə görüşmüsünüz, ondan müsahibə götürmüsünüz. Azərbaycan lideri sizdə hansı təəssüratı oyadıb?

- Sözlərimin təbliğat kimi qəbul olunmasını istəməzdim. Mən, həqiqətən, İlham Əliyevlə görüşmüşəm və o, məndə öz ölkəsinin tarixini bilən və böyük perspektivi görə bilmə qabiliyyətinə malik məsuliyyətli dövlət lideri təəssüratını oyadıb. Məndə belə bir təəssürat yarandı ki, onda çinlilərə xas hansısa cəhətlər var, çünki yalnız çinlilərdə gələcəyə belə bir sakit və inamlı baxış mövcuddur.

2000-ci illərin əvvəllərində Kiyevdə qəbullardan birində mənim Çin səfiri ilə söhbətim oldu. Söhbət zamanı mən Çini sürətlə inkişaf edən güclü dövlət adlandırdım. O, mənə etiraz etdi: "Xeyr, güclü deyil. Biz əlli ildən sonra güclü olacağıq". Bu təlaşa qapılmama çinlilərə sistemli addımlar atmağa imkan verir.

Bu mənada İlham Əliyev çinlilərə bənzəyir. O tələsmir. O, öz ölkəsinə inanır, infrastrukturla, uzunmüddətli layihələrlə məşğul olur – həm "hardware", həm də "software" sahəsində. O, azərbaycanlı xarakterini yaradır. Azərbaycan gənc dövlət olduğu üçün bu tip formalaşdırıcı təsirə ehtiyacı var.

Azərbaycan üçün lider mütləqdir. Hesab edirəm ki, belə bir liderləri olduğu üçün azərbaycanlılar çox xoşbəxtdirlər – o tələsmir, lakin vaxtı da əldən vermir, bu isə çox əhəmiyyətlidir. O, öz ölkəsini, öz gəmisini çox əmin bir kursla aparır, çətinlik və maneələrdən keçirir. Heç də bütün gənc dövlətlər bu maneələri Azərbaycan kimi ağrısız keçə bilmir.

İlham Əliyevə can sağlığı diləyirəm. Arzu edirəm ki, Azərbaycan xalqı öz liderinə qarşılıqla – sevgiyə sevgi ilə cavab versin.

- Azərbaycan həqiqətən son 25 ildə böyük quruculuq yolu keçib. Buna əmin olmaq üçün Bakıya gəlmək kifayətdir. Sizin fikrinizcə, nəyin hesabına Azərbaycan belə möhtəşəm nəticələr əldə edə bilib? Burada yalnız karbohidratlar rol oynayıb?

- Birincisi, karbohidratları da idarə etməyi bacarmaq lazımdır. İkincisi, indi karbohidratlardan istifadə üçün yüksək texnologiyalar lazımdır. Neftin çıxması üçün sadəcə yeri qazmaq kifayət deyil. Bundan əlavə, inkişafın əsas amili kimi siyasi sabitlik lazımdır. İlham Əliyev isə bunu gözəl başa düşür. Bu, onun üçün xüsusi diqqət predmetidir.

Qarabağ münaqişəsi Azərbaycan, həm də Ermənistan üçün adi məsələ deyil. Hər bir ölkədə məsələnin radikal həllərini təklif edən çoxlu sayda insanlar var. İlham Əliyevin ölkə prezidenti kimi problemin sürətli həllinə dair hər cür ağılsız çağırışlara məhəl qoymaması təqdirəlayiqdir. Onsuz da münaqişənin sürətli həlli mümkün deyil.

Onun mövqeyində dövlət xadiminin məntiqi, gücü və mənim fikrimcə, həm də yaxşı menecerlik qabiliyyəti mövcuddur. Müxtəlif dövlət liderliyi tipləri var. Yalnız təbliğçi olmaq azdır, biz bunu Qorbaçovun misalından bilirik. İnkişaf edən ölkənin yalnız təbliğçiyə ehtiyacı yoxdur. Düzdür, İlham Əliyev həm də təbliğçi olmağa məcburdur. İdarəetmə qabiliyyətini nitq bacarığı, aydın fikirlər, aydın göstərilmiş məqsədlə uzlaşdırmaq lazımdır. Aydın məqsəd, effektiv idarəetmə və dünya quruluşunu, yəni bunun dünyada necə edildiyini bilmək – bu aspektlərin ahəngi Azərbaycanın son 25 ildəki uğurunun sirridir.

- Prezident Əliyev Rusiyanı yaxın ölkə, Azərbaycanın əsas tərəfdaşlarından biri adlandırıb. Sizin fikrinizcə, hazırkı regional və qlobal çağırışlar şəraitində Rusiya-Azərbaycan münasibətləri necə inkişaf edə bilər?

- İkitərəfli münasibətlər mövcuddur və onlar etibara, iki prezidentin verdikləri və əməl etdikləri sözə söykənir. Əliyev sözünə əməl edir, bu, onu fərqləndirən xüsusiyyətdir. Bu mənada, o, tam olaraq avropalı deyil. Bu yerdə, fevralda istefa vermiş və 12 ildir Putinin bağ evində olduğunu deyən Hollandiyanın xarici işlər naziri yada düşür. Rusiyaya səfəri ərəfəsində o, səfərdən imtina edərək istefa verdi. Yəqin ki, o, Lavrovun özünə yönəlik baxışını bəri başdan əsəvvür edib və başa düşüb ki, bu baxışlara tab gətirməyəcək. Bəlkə də indi Avropada belə qəbul edilib – öz vədinə xilaf çıxmaq və sözünün arxasında durmamaq.

Bu mənada, Əliyev Azərbaycanın tərəfdaşlarına qarşı sərt və tələbkardır. Bizim münasibətlərimizdə dəfələrlə təsdiq olunmuş bu sözübütövlük çox etibarlı əlaqədir və bizim münasibətlərimizin rasional, lazımi qədər emosional və bölgənin bütün dövlətlərinin rifahına uyğun qurulacağının zəmanətidir.

Lakin Azərbaycan sadəcə Rusiya ilə ikitərəfli münasibətlərə malik olmaqla kifayətlənə bilməz. Bakı Rusiya-Azərbaycan-İran üçbucağında, Xəzəryanı layihələrin nizamlanması, müzakirəsi və inkişafında böyük rol oynayır. İlham Əliyev bu məqsədi özü üçün gözəl formalaşdırır, düşünür və qarşıya vəzifə qoyur. Bununla da bu üçlük bütövlükdə bölgə üçün böyük sabitləşdirici təsir göstərir. Sürətli dəyişikliklər və amerikalıların oyunu şəraitində maraqlar balansını qorumaq asan olmasa da, Əliyev bu məsafələri, maneələr zolağını itkisiz, ideal surətdə qət edir.

- Yəni Siz hesab edirsiniz ki, Rusiya-Azərbaycan-İran üçbucağını artıq sabit siyasi konstruksiya adlandırmaq olar?

- Bu format artıq illərdir ki, mövcuddur və biz həmişə orada hər hansı problem olmadan ümumi dil tapırıq. Xəzərin zonaları və yaxud təhlükəsizlik məsələləri üzrə hansısa suallar ortaya çıxanda ya qərar verilib, ya da məsələ təxirə salınıb. Buna baxmayaraq, hesab edirəm ki, bu, artıq sabit siyasi regional konstruksiyadır və o, sülhün qarantıdır.

- Cənubi Qafqaz üçün regional təhlükəsizlik əvvəlki kimi ən ağrılı problemlərdəndir. Bu məsələdə Azərbaycan hansı rol oynayır? Bakını bölgədə sabitlik amili adlandırmaq olar?

- Ümumilikdə, hə. Azərbaycanın maliyyə, iqtisadi və hərbi cəhətdən hazırda malik olduğu güclə çoxlu problemlər yaratmaq olardı. Buna baxmayaraq, Azərbaycan özünü çox təmkinli aparır və uzunmüddətli oynayır. Əlbəttə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki münaqişələr heç kimin ürəyincə deyil, lakin heç olmasa, ən pis ssenaridən qaçmaq mümkün olur. Burada həlli axtarmaq lazımdır və o tapılmalıdır. Onu heç kim kənardan tapmayacaq.

Yadımdadır, Suriya prezidenti Bəşər Əsəddən müsahibə alanda ondan soruşdum ki, onun vəziyyətində olan liderə nə məsləhət verərdi? Söhbət ABŞ, Rusiya, İran, İsrail və Çinin, terror təşkilatlarının və digərlərinin maraq dairəsində olan və müharibə odunda alovlanan ölkədən gedir. O dedi: "Mənim məsləhətim – həll yolunu ölkənin daxilindən tapmaqdır. Yalnız ölkənin daxilindən əmələ gəlmiş, kimsə tərəfindən təklif edilməmiş həll variantı işləyir".

Qarabağ münaqişəsinin həllinin mənbəyi Ermənistan və Azərbaycan arasında razılaşmadır. Mənim fikrimcə, bu razılaşmaya imza atacaq liderlər özlərinin çoxlu sayda vətəndaşlarının həyatlarını qoruduqlarına və münasibətlərdə inkişaf etdirilə biləcək balansı tapdıqlarına görə tarixdə sülh yaradan kimi qalacaqlar. Bu məsələnin müsbət nəticələri mənfidən, ilk baxışda göründüyündən dəfələrlə çox olacaq.

Adam oğurluğu səbəbindən axtarışda olan şəxslər saxlanıldı
Adam oğurluğu səbəbindən axtarışda olan şəxslər saxlanıldı
Gəncə sakinində “revolver” tipli tapança aşkarlanıb
Gəncə sakinində “revolver” tipli tapança aşkarlanıb
Salyanda transformator yanıb
Salyanda transformator yanıb
Loading Bars
Xəbər lenti
"Fitch" Azərbaycana birbaşa xarici investisiyaların artımını proqnozlaşdırır
ABŞ-ın Azərbaycandakı səfiri və USAID-in direktoru Milli Məclisin deputatı Sevil Mikayılova ilə görüşüblər
Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır
Azərbaycanda indiyədək COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 377 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib
Azərbaycanda pandemiya dövründə qeyri-neft-qaz sektorunda məhsul istehsalı artıb
"Fitch Ratings" Azərbaycanda ÜDM-in artımını proqnozlaşdırır
Azərbaycanda tütün məmulatları istehsalı artıb
“Qarabağ” - “Neftçi” oyununun vaxtı müəyyənləşib
“Xarıbülbül” musiqi festivalı tarixi zəfərin nidası idi - Deputat
İranda daha 200 nəfər koronavirusdan ölüb
Göygöldə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər məsuliyyətə cəlb edilib (FOTO)
Azərbaycan aviasiya vasitələri təlim-məşq uçuşlarına başlayıb (FOTO)
Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar (FOTO) (YENİLƏNİB)
"Türk Hava Yolları" Gəncəyə uçuşları bərpa edib (FOTO)
Sabahdan ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir
Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı olub (FOTO/VİDEO)
Piyada əleyhinə mina risklərinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
“Xarıbülbül” beynəlxalq musiqi festivalı Fransa mətbuatında (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışında iştirak ediblər (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Qəbələdə yeni körpü və avtomobil yolunun bərpadan sonra istifadəyə verilməsi tədbirində iştirak ediblər (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ rayonuna səfərə gəliblər (FOTO/VİDEO)
“Xarıbülbül” musiqi festivalı: Şanlı Qələbəmizin musiqi paradı
Sabah 35 dərəcə isti olacaq
Adam oğurluğu səbəbindən axtarışda olan şəxslər saxlanıldı
Ermənistanda son sutkada 13 nəfər koronavirusdan ölüb
Gəncə sakinində “revolver” tipli tapança aşkarlanıb
İspaniyalı deputatların erməni təəssübkeşi qismində aksiya keçirmələri qəbuledilməzdir - Sevil Mikayılova
Balakəndə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib (FOTO)
Azərbaycan neftinin qiyməti bahalaşıb
Bakıda keçiriləcək "JARA 2022" festivalının tarixləri açıqlandı
Qarabağda sülhməramlılara qarşı təxribat xarakterli hərəkətlər olmayıb - Rusiya Müdafiə Nazirliyi
Saatlıda parklanma qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının bərpasını təcəssüm etdirir – Deputat
Qazax sakinində narkotik aşkarlanıb
AVRO-2020: Biletlər bu gündən satışdadır
Salyanda transformator yanıb
Çernoqoriya turistlərə sərhədlərini açır
Cənubi Koreya Azərbaycanda yeni layihələr icra edəcək
Zidan mövsümün sonunda "Real"dan ayrılacaq
Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid, qazi ailələri və seçicilərlə görüşüb (FOTO)
Sakit okeanda zəlzələ baş verib
Çində yeddi nəfər qasırğanın qurbanı olub
Çinin kosmik aparatı uğurla Marsın səthinə enib
Qəzzada evin vurulması nəticəsində 8 fələstinli həlak olub
İraqda ağır yol qəzası, sərnişinlər avtobusda yanıb
Meksikada narkotacirlərin hücumu nəticəsiəndə iki əsgər ölüb
Rusiya bu ölkələrlə hava əlaqələrini bərpa edir
İnigltərə çempionatı: "Mançester Siti" "Nyukasl"a qalib gəldi
"WhatsApp" yeni qaydalarını qəbul etməyən istifadəçilərə məhdudiyyətlər tətbiq edir
Abşeronda restoranda yanğın baş verib
İraqın şimalında türk əsgəri şəhid olub
Azərbaycan Premyer Liqasında növbəti turun oyun cədvəli açıqlanıb
Qəzza və İordanın Qərb sahilində gün ərzində 26 fələstinli ölüb, 600 nəfərdən çox yaralanıb
Dünyada ötən sutka koronavirusa 717 mindən çox yoluxma qeydə alınıb - ÜST
Suriyadan İsrailə üç raket buraxılıb
"Amazon" ilin sonuna qədər İngiltərədə 10 min yeni iş yeri yaradacaq
Ukraynanın Səhiyyə naziri istefa etdi
"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb
DİN itkin düşən qadınla bağlı əhaliyə müraciət edib (FOTO)
Balakəndə evdə yanğın olub
Ukrayna iqtisadiyyat və infrastruktur nazirləri istefa ediblər
Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin Sədri ilə telefon danışığı olub
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Qarabağdan növbəti görüntülər paylaşıb (FOTO/VİDEO)
Füzulidə ev yanıb
Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar bunlar olub
Bakıda restoranda qaz balonu partlayıb, 4 nəfər xəsarət alıb
"Xarıbülbül” festivalı ilə dünyaya bir sıra mesajlar vermiş olduq - Tural Gəncəliyev
Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb
Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi arasında telefon danışığı olub
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb​​​
Azərbaycanda 1 262 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ olub
Ceyhun Bayramovla Filip Riker arasında telefon danışığı olub
Aprel ayında 11 uşaq övladlığa verilib
Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib
AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır
Yasamalda gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır
Sərxoş sürücülər 2 nəfərin ölümünə səbəb olub
Zabrat şossesində yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb
"Avro-2020"nin rəsmi mahnısı müəyyənləşib
İranda daha 202 nəfər koronavirusdan ölüb
Makron öz sözləri ilə ATƏT Minsk qrupunun tabutuna son mismarı vurdu - Rusiyalı tarixçi
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib (FOTO)
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib (FOTO)
Qaxda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd olub (FOTO)
Sabah hava necə olacaq?
Şuşada 30 ildən sonra “Xarıbülbül” festivalının keçirilməsi dünyaya bir mesaj idi - Deputat
Hacıqabul sakinləri narkotikə görə saxlanıldı (FOTO)
Azərbaycan nefti ucuzlaşıb
Birjalarda neft qiymətləri necədir?
126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
Fransa prezidenti Makron öz erməni "sevgisindən" əl çəkmir - Deputat
“Nar”ın “Oxu saatı” layihəsinin növbəti qiraətçisi Zülfiyyə Xanbabayeva olacaq (FOTO)
İki rayonda qaz xətləri yenilənir (FOTO)
“Xarıbülbül” musiqi festivalının mədəni və siyasi əhəmiyyəti böyükdür - Deputat
Biləsuvarda standartlara cavab verməyən avtomobillərin sürücüləri məsuliyyətə cəlb olunub
Bütün xəbərlər