Bakı. Elçin Mehdiyev - Trend:
Nüvə silahlarının müasirləşdirilməsi ilə bağlı Vaşinqtonun 1,2 trilyon dollar xərcləmək planları yeni silahlanma yarışına gətirib çıxaracaq.
Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin aralıq konfransında deyib.
O bildirib ki, ABŞ hökumətinin artmaqda olan etinasızlığı da silahlanmanı gücləndirəcək.
Nazir əlavə ediib ki, Qoşulmama Hərəkatı silahsızlaşdırılma üzrə səyləri davam etdirməlidir.