...

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib

Siyasət Materials 11 Aprel 2018 23:52 (UTC +04:00)
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib

Bakı. Trend:

Aprelin 11-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Trend Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən məlumat verir ki, Türkiyə Prezidenti İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti