...

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tərəflərini təmas xəttində gərginliyi azaltmağa çağırır (YENİLƏNİB)

Siyasət Materials 23 Aprel 2018 20:46 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərini təmas xəttində gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə çağırırlar.
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tərəflərini təmas xəttində gərginliyi azaltmağa çağırır (YENİLƏNİB)

Bakı. Ləman Zeynalova - Trend:

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərini təmas xəttində gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə çağırırlar.

Trend-in məlumatına görə, bu barədə həmsədrlərin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Regionda son siyasi hadisələri və təmas xəttində eskalasiyanın mümkünlüyü fonunda ATƏT-in Minsk Qrupunun həmsədrləri bu həssas dövrdə atəşkəs rejiminə hörmət etməyin vacibliyini vurğulayırlar və xüsusilə də ağır silahları cəbhə xəttindən arxasda saxlamağa çağırırlar".

Həmsədrlər münaqişə tərəflərlərini gərginliyin azaldılması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırır və münaqişənin uzunmüddətli və dinc həllini tapmaq məqsədilə intensiv danışıqların bərpası üçün tərəflərlə görüşü səbirsizliklə gözləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti