...

Səfir: Aİ Azərbaycanla nəqliyyat və logistika sahəsində münasibətlərin inkişafına maraq göstərir (YENİLƏNİB)

Siyasət Materials 2 May 2018 11:48 (UTC +04:00)
Avropa İttifaqı Azərbaycanla nəqliyyat və logistika sahəsində münasibətlərin inkişafına maraq göstərir.
Səfir: Aİ Azərbaycanla nəqliyyat və logistika sahəsində münasibətlərin inkişafına maraq göstərir (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Avropa İttifaqı Azərbaycanla nəqliyyat və logistika sahəsində münasibətlərin inkişafına maraq göstərir.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas Bakıda keçirilən Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının 2018-ci il üzrə Assambleyası və Konfransında deyib.

K.Yankauskas bildirib ki, Azərbaycan Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirən ölkədir:

"Buna görə də bizim üçün tranzit marşrutlarının Azərbaycan ərazisi ilə yalnız qısa və tez deyil, ucuz və rahat olması da vacibdir".

Onun sözlərinə görə, Azərbaycanın Avropa və Asiya arasında mühüm bağlayıcı halqaya çevrilməsi üçün bütün texniki imkanları var:

"Ötən il Bakı-Tbilisi-Qars dəmir yolu açıldı. Bundan başqa, hazırda Ələtdə beynəlxalq dəniz limanının tikintisi gedir. Burada azad iqtisadi zona da yaradılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti