...

Deputat: Rüstəm İbrahimbəyova qarşı ciddi tədbirlər görülməlidir

Siyasət Materials 27 May 2018 18:05 (UTC +04:00)
Rüstəm İbrahimbəyov "Qafqaz üçlüyü" filminin ssenarisini yazmaqla iç üzünü bir daha açdı və sübut etdi ki, Azərbaycan xalqının düşmənidir.
Deputat: Rüstəm İbrahimbəyova qarşı ciddi tədbirlər görülməlidir

Bakı. Elçin Mehdiyev - Trend:

Rüstəm İbrahimbəyov "Qafqaz üçlüyü" filminin ssenarisini yazmaqla özünün iç üzünü bir daha ortaya qoydu və sübut etdi ki, Azərbaycan xalqının düşmənidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, R.İbrahimbəyovun böyük tarixə malik olan və bu gün də dünyada tolerantlığı, qonaqpərvərliyi ilə tanınan Azərbaycan xalqı barədə heç bir halda bu kimi filmlər çəkməyə, ifadələr işlətməyə mənəvi haqqı yoxdur:

“Rüstəm İbrahimbəyov Azərbaycan torpağının çörəyi ilə böyüyüb, bu xalqın resurslarından istifadə edərək müəyyən mövqeyə çatıb, indi isə xalqımıza qarşı bu cür xəyanətkarlıq edir. Elə güman edir ki, bununla o, haradasa özünə bir şöhrət qazanacaq, ancaq bu onun xislətini, iç üzünü açıb ortaya qoydu”.

A.Hüseynov hesab edir ki, R.İbrahimbəyovun bu hərəkəti hüquqi baxımdan da öz qiymətini almalıdır: “Rüstəm İbrahimbəyova qarşı ciddi tədbirlər görülməlidir. Əgər bu adam ermənilərin tarixən Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri, Xocalı soyqırımında bir gecədə 613 nəfərin vəhşicəsinə qətlə yetirilməsini, borulara doldurularaq yandırılan uşaqların nalələrini, bir milyondan artıq qaçqın və məcburi köçkünün harayını görə bilmirsə, deməli, mənəviyyatı kor bir insandır, deməli, onun Azərbaycan xalqına heç bir aidiyyəti yoxdur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti