...

Deputat: Əli Kərimli öz yaxınlarını, partiya yoldaşlarını da aldadıb

Siyasət Materials 1 İyun 2018 09:18 (UTC +04:00)
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatdan aydın olur ki, AXCP indiyə qədər xaricdən qanunsuz maliyyə alıb.
Deputat: Əli Kərimli öz yaxınlarını, partiya yoldaşlarını da aldadıb

Bakı. Elçin Mehdiyev – Trend:

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatdan aydın olur ki, AXCP indiyə qədər xaricdən qanunsuz maliyyə alıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, AXCP sədri Əli Kərimli xarici dairələrdən aldığı maliyyə barədə heç bir məlumat verməyib, hər kəsdən gizlədib:

“Hətta o öz yaxınlarını, partiya yoldaşlarını da aldadıb, bu pulları onlardan da gizlədərək təkbaşına mənimsəyib. Yaxın ətrafını daim aldadan, onlara kələk gələn, onlardan istifadə edən Əli Kərimli ətrafdakıların adından pul alaraq onları bu tərzdə də aldadıb. Yəni bu adam pul qazanmaqdan ötrü hər yola əl atıb”.

Deputat bildirib ki, Ə.Kərimli həmişə üzdə həqiqətdən dəm vurur, ancaq arxada başqa qanunsuz əməllər törədir: “Guya həqiqətdən, düzgünlükdən danışan bir adamın tutduğu əməllər sübut edir ki, o, necə bir xislətin sahibidir. Bu hələ bəlli olan faktlardır. Görün, Əli Kərimlinin bəlli olmayan nə qədər böyük kələkləri var”.

O hesab edir ki, bu əməllərə görə Ə.Kərimli qanun çərçivəsində də cavab verməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti