Türkiyə hökuməti: Yerevanın Ankara ilə əlaqələri yaxşılaşdırmağa hazır olması barədə bəyanatı etimad doğurmur (ÖZƏL)

Siyasət Materials 1 İyun 2018 17:27 (UTC +04:00)
Yerevanın Ankara ilə münasibətləri yaxşılaşdırmağa hazır olması barədə bəyanatı etimad doğurmur.
Türkiyə hökuməti: Yerevanın Ankara ilə əlaqələri yaxşılaşdırmağa hazır olması barədə bəyanatı etimad doğurmur (ÖZƏL)

Bakı. Rufiz Hufizoğlu - Trend:

Yerevanın Ankara ilə münasibətləri yaxşılaşdırmağa hazır olması barədə bəyanatı etimad doğurmur.

Bunu Trend-ə Türkiyə hökumətindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, Nikol Paşinyanın Türkiyə ilə münasibətlərin normallaşdırılması haqqında bəyanatına baxmayaraq, Ermənistan bu istiqamətdə heç bir addım atmayıb:

"Məlum olduğu kimi, Ermənistan Türkiyə ərazilərinə iddia edir, Türkiyəni tarixi faktlarla təsdiq olunmayan qondarma "erməni soyqırımı"nda ittiham edir".

O qeyd edib ki, əgər Ermənistan həqiqətən də Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, ilk növbədə, Ankaranın ünvanına olan bütün bu iddialardan əl çəkməlidir:

"Həmçinin rəsmi Yerevan beynəlxalq hüquqa hörmət etməlidir, işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir".

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin heç bir ilkin şərt olmadan Türkiyə ilə münasibətlər qurmağa hazır olduğunu bəyan edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti