...

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Kiyevdə təntənəli mərasim keçirilib (FOTO)

Siyasət Materials 27 İyun 2018 15:36 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə Ukraynanın paytaxtı Kiyev şəhərində təntənəli mərasim keçirilib.
Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Kiyevdə təntənəli mərasim keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə Ukraynanın paytaxtı Kiyev şəhərində təntənəli mərasim keçirilib.

Trend-in məlumatına görə, Ukrayna Müdafiə Nazirliyi rəsmilərinin, xarici ölkələrin hərbi attaşelərin və ictimaiyyət, KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın və Ukraynanın Dövlət himnləri səsləndirilib.

Hərbi parada baxışdan sonra Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev 100 il bundan öncə Azərbaycanda yaranmış milli ordunun keçdiyi ağır və şərəfli yoldan danışıb. Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün sahələrlə yanaşı, milli ordu quruculuğu istiqamətində də həyata keçirilmiş qlobal islahatlar haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli addımları nəticəsində ordumuzun gücü dünyada tanınır.

Tədbirə qatılanlara ermənilərin son iki əsirdə ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən söz açan Azərbaycanın Ukraynadakı səfirliyindəki hərbi attaşe aparatının rəhbəri polkovnik İlqar Ağayev bu gün bölgədə böyük gücə və qüdrətə malik Azərbaycan Silahlı Qüvvələrinin istənilən zaman Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Silahlı Qüvvələri bu gün daha möhkəm, müasir infrastruktura, texnika və silahlara malikdir. Azərbaycan Prezident İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğısı nəticəsində ordumuz torpaqlarımızı düşmən tapdağından tez bir zamanda azad etməyə qadirdir. 2016-cı ilin aprel döyüşləri bunu bir daha sübut etdi. Bununla belə, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə üstünlük verir.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş hərbi əməkdaşlıq və sülhməramlı əməliyyatlar idarəsinin şöbə müdiri, polkovnik Gennadiy Kovalenko, Almaniyanın Ukraynadakı səfirliyinin hərbi attaşesi, polkovnik Norbert Hess, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Hərbi mülki əməkdaşlıq idarəsinin rəisi, polkovnik Aleksey Nozdraçev, Ukrayna Müdafiə Nazirliyinin Müdafiə siyasəti, strateji planlaşdırma və beynəlxalq əməkdaşlıq baş idarəsinin rəis müavini, polkovnik Oleq Barabas və digər çıxışçılar Azərbaycan Silahlı Qüvvələrinin yaradılması münasibətilə təbriklərini çatdırıblar. Qeyd edilib ki, son 20 ildə Azərbaycanda bir çox sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində də böyük nailiyyətlər əldə olunub. Məhz Bakı şəhərində keçirilən hərbi paradda istər Azərbaycan Silahlı Qüvvələrinin çevik və peşəkar hərbi hazırlığı, istərsə də müasir silah arsenalının nümayiş etdirilməsi onu deməyə əsas verir ki, Azərbaycan Ordusu qarşısına çıxan bütün maneələri yerindəcə məhv etmək qüdrətinə malikdir.

Tədbirdə Azərbaycanla Ukrayna arasında bir çox sahələrlə yanaşı, hərbi texniki əməkdaşlığın inkişaf dinamikasından da bəhs olunub.

Bayram süfrəsi ətrafında davam edən tədbirdə geniş konsert proqramı nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti