...

Dövlət Departamenti: ABŞ “Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasında tarixi irəliləyişi yüksək qiymətləndirir

Siyasət Materials 30 İyun 2018 10:47 (UTC +04:00)
ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında tarixi irəliləyişi yüksək qiymətləndirir
Dövlət Departamenti: ABŞ “Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasında tarixi irəliləyişi yüksək qiymətləndirir

Bakı. Ləman Zeynalova – Trend:

ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında tarixi irəliləyişi yüksək qiymətləndirir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, ABŞ bütün dünyada tərəfdaşlarının və müttəfiqlərinin enerji təhlükəsizliyini və enerji ehtiyatlarının nəqlinin şaxələndirilməsini gücləndirən bütün layihələrə dəstək göstərir:

“Şaxələndirilmiş mənbələr və marşrutlar hər kəs üçün ən əlverişli qiymətlərlə enerji ehtiyatlarını əldə etməyə imkan verir”.

Xatırladaq ki, iyunun 12-də Türkiyənin Əskişəhər vilayətində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Petro Poroşenko və Serbiya Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə TANAP-ın açılış mərasimi keçirilib.

Mayın 29-da isə Bakıda “Cənub Qaz Dəhlizi” layihəsinin birinci mərhələsinin buraxılış mərasimi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti