...

Zaxarova: Azərbaycan və Rusiya informasiya məsələləri üzrə məsləhətləşmələri intensivləşdirmək barədə razılığa gəliblər (YENİLƏNİB)

Siyasət Materials 27 İyul 2018 13:28 (UTC +04:00)
Azərbaycan və Rusiya siyasi məsləhətləşmələri intensivləşdirmək barədə razılığa gəliblər
Zaxarova: Azərbaycan və Rusiya informasiya məsələləri üzrə məsləhətləşmələri intensivləşdirmək barədə razılığa gəliblər (YENİLƏNİB)

İlk xəbər sat 12:45-də yayılıb

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan və Rusiya xarici siyasətin informasiya təminatı mövzusunda məsləhətləşmələri intensivləşdirmək barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova deyib.

M.Zaxarova qeyd edib: "Bizim Rusiya və Azərbaycan XİN-lərinin mətbuat xidmətlərinin xətti ilə qarşılıqlı fəaliyyətimizin ənənəvi forması özünü göstərdi. Bu, informasiya problemlərinin mübadiləsidir, jurnalistlərin müdafiəsidir. Bu, hər zaman rusiyalı jurnalistlərin Azərbaycanda və azərbaycanlı jurnalistlərin Rusiyada işinin səmərəli və konstruktiv olması üçün apardığımız işin inventarizasiyası ilə bağlı əla imkandır. Biz daha intensiv şəkildə fikir mübadiləsi aparmaq barədə razılığa gəldik".

Rusiya XİN rəsmisi antiazərbaycan kampaniyaları məsələsinə də toxunub: "Bununla bağlı nəsə etmək lazımdır. Rusiya və Azərbaycanın bu mənfi destruktiv tendensiyaya mane olmaq üçün iştirak etdikləri beynəlxalq təşkilatlar, xüsusi beynəlxalq orqanlar qismində bütün instrumentarilərimiz var".

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə bildirib ki, Azərbaycan və Rusiyanın xarici siyasət idarələri arasında fəaliyyət proqramı var:

"Bu proqrama uyğun olaraq, iki ölkənin XİN-ləri arasında məsləhətləşmələr aparılır. Burada siyasi məsləhətləşmələr və konsul məsələləri üzrə məsləhətləşmələr mexanizmi var. Biz çox şadıq ki, informasiya məsələləri üzrə məsləhətləşmələr məhz Bakıda keçirilir. Bugünkü müzakirələr çox konstruktiv keçdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti