...

Millət vəkili: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya miqyasında böyük nüfuza malik dövlətə çevrilib

Siyasət Materials 13 Oktyabr 2018 12:15 (UTC +04:00)
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya miqyasında böyük nüfuza malik dövlətə çevrilib.
Millət vəkili: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya miqyasında böyük nüfuza malik dövlətə çevrilib

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya miqyasında böyük nüfuza malik dövlətə çevrilib. Bunu Trend-ə açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

R.Əliyev xatırladıb ki, 2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkisində Azərbaycan xalqı məhz ulu öndər Heydər Əliyevin siyasi xəttinə üstünlük verərək böyük səs çoxluğu ilə İlham Əliyev cənablarını Azərbaycan Respublikasının Prezidenti seçdi: "2003-cü ildən sonrakı dövrü böyük yolun davamı kimi qiymətləndirən cənab İlham Əliyev Prezident seçildiyi vaxtdan respublikamızda bütün sahələrin inkişafını diqqətdə saxlayaraq qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırıb. İqtisadi artımın qeyri-neft sektorunun hesabına artmasını vacib amil kimi önə çəkərək bu istiqamətdə bir-birindən əhəmiyyətli addımlar atılır. Keçən dövr ərzində bütün sahələr yüksələn xətlə inkişaf edib, qeyri-neft sektorunun inkişaf tempi neft sektorunun inkişaf tempini üstələyib. 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatıb".

Deputat qeyd edib ki, son 15 il ərzində ölkədə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib, yaxud əsaslı təmir edilib. Yüzlərlə tarixi bina, muzey, teatr, kitabxana və digər sosial yönümlü obyektlər əsaslı təmir olunub və yenidən qurulub. Ölkədə 15 min kilometr yol çəkilib, 443 körpü tikilib. Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı – Ələt Dəniz Ticarət Limanı istifadəyə verilib.

O əlavə edib ki, bu illər ərzində ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Ölkədə 1,9 milyon yeni iş yerləri açılıb, əməkhaqqı 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırılıb. İşsizlik səviyyəsi 5 %, yoxsulluq isə 49%-dən 5,4% endirilib:

"Cənab Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə, Qarabağ müharbəsinin əlillərinə xüsusi diqqət və qayğı göstərilir. Son 15 il ərzində şəhid ailələrinə və Qarabağ əlillərinə dövlət hesabına 5500-dən çox mənzil və fərdi ev, 6 mindən çox minik avtomobili verilib. Bu illər ərzində məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində irimiqyaslı layihələr həyata keçirilib. Ölkədəki bütün çadır şəhərcikləri, fin tipli qəsəbələr ləğv edilib, yeni salınmış müsir tələblərə cavab verən 100-dən artıq qəsəbə və şəhərciklərdə 265 min nəfər məcburi köçkün məskunlaşıb".

R.Əliyev bildirib ki, ölkədə milli-mənəvi dəyərlərin, dini etiqad azadlığının, konfessional və etnik müxtəlifliyin, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasıı və inkişaf etdirilməsi təmin edilib. 2003-2018-ci illərdə ölkədə çoxlu sayda məscid, kilsə, sinaqoq tikilib və ya bərpa olunub:

"Cənab İlham Əliyevin bilavasitə təşəbbüsü ilə ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi institusional islahatlar aparılıb. Onun müvafiq fərman və sərəncamı ilə 2012-ci ildə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi təsis edilib, dövlət orqanları tərəfindən əhaliyə göstərilən xidmətləri vahid sistemdə birləşdirən “ASAN xidmət” mərkəzləri yaradılıb. Dünyada Azərbaycan bredi kimi tanınmış “ASAN xidmət” modeli artıq başqa ölkələrdə də tətbiq olunur".

Millət vəkili deyib ki, regionların hərtərəfli inkişaf etdirilməsi məqsədilə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə 2004-2008 və 2009-2013-cü illəri əhatə edən Dövlət proqramları uğurla yerinə yetirilib, 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı müvəffəqiyyətlə həyata keçirilir.

O vurğulayıb ki, ötən illər ərzində dünyanı bürüyən sosial-iqtisadi, maliyyə böhranına baxmayaraq, Azərbaycan bu çətinlikləri uğurla dəf edərək dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib:

"Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Azərbaycan dünya ölkələrinin hər 4-dən 3-nü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geri qalır".

Deputat bildirib ki, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, müasirləşən, demokratikləşən bir ölkəyə çevrilib: "Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına və güclənməsinə şərait yaradıb. İnamla qeyd etmək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvü, söz sahibi olan dövlətdir. 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu onu göstərir ki, Azərbaycan dünya miqyasında böyük nüfuza malik dövlətə çevrilib. Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ötən il Bakıda növbəti - IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Bu Forumda dünyanın 120 ölkəsindən rəsmi, 39 beynəlxalq təşkilatın, 50-dən çox QHT-nin nümayəndələri, ümumilikdə 800-dən çox xarici nümayyəndə iştirak edib. Qeyd etmək lazımdır ki, artıq 4-cü dəfədir ki bu tədbir “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunub. Artıq “Bakı prosesi” dünyanı narahat edən qlobal məsələlərin müzakirə olunduğu bir platformaya çevrilib.

Bakıda 500 milyonluq auditoriyası olan Formula 1 yarışı çox yüksək səviyyədə təşkil olunur. Bundan başqa, ik dəfə olaraq 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunları yüksək səviyyədə keçirilib və Azərbaycan komandası yüksək nəticələr əldə edərək komanda hesabında II yeri tutub. 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda, Bakı şəhərində keçirildi. İslam dünyasını təmsil edən 54 ölkədən 3 mindən çox idmançı beynəlxalq standartlara cavab verən idman obyektlərində yarışdı. Azərbaycan idmançıları Avropa Oyunlarından sonra növbəti tarixi uğura imza atdılar. Yığmamız ümumi komanda hesabında birinci yeri tutdu. Azərbaycan idmançıları Rio Olimpiya Oyunlarında misilsiz uğura imza atdılar. Azərbaycan Olimpiya yığması medalların sayına görə 205 iştirakçı ölkə arasında 14-cü yeri tutdu. Bu, tarixi bir qələbədir".

R.Əliyev qeyd edib ki, ötən dövr enerji-nəqliyyat sektoru üçün də çox uğurlu olub: "2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib. "Azəri-Çıraq-Günəşli" yataqlar bloku üzrə müqavilənin müddətinin 2050-ci ilə kimi uzadılması çox böyük əhəmiyyətə malikdir. 29 may 2018-ci il tarixdə “Cənub Qaz Dəhlizi”nin rəsmi açılış mərasimi keçirilib. Bu, ölkəmizin tarxində çox mühüm bir tarixi gündür. Layihənin həyata keçirilməsi nəticəsində 30 mindən çox yeni iş yerləri yaradılacaq. “Əsrin müqaviləsi” Azərbaycanın XX əsrdə imzaladığı böyük bir müqavilədirsə, “Cənub Qaz Dəhlizi” XXI əsrin nəhəng razılaşmalarından biridir. Bu layihə yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini təmin edərək çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına şərait yaradır. Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edən məkanın formalaşdırmasıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması ölkəmizə olan iqtisadi və siyasi marağı daha da gücləndirib.

Nəqliyyat sahəsində də tarixi bir uğura imza atıldı, Bakı-Tibilisi-Qars dəmir yolu istifadəyə verildi. Bu, tarixi İpək Yolunun bərpası istiqamətində reallaşan ən böyük beynəlxalq nəqliyyat layihəsidir. Bundan başqa, “Şimal-Cənub” nəqliyyat dəhlizinin başa çatdırılması üçün işlər davam edir. Bu layihələrin həyata keçirilməsi göstərir ki, Azərbaycan qarşıya qoyduğu bütün hədəflərinə çatır".

Onun sözlərinə görə, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş daxili və xarici siyasət, ölkədə aparılan iqtisadi islahatlar, sosial-iqtisadi inkişaf sahəsində, eyni zamanda, beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar imkan verir ki, gələcəkdə də Azərbaycan bütün sahələrdə daha yüksək nəticələr əldə etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti