...

Azərbaycan Prezidenti Sloveniya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (YENİLƏNİB)

Siyasət Materials 25 Oktyabr 2018 16:08 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Sloveniya Milli Şurasının sədri Aloyz Kovşkanı qəbul edib.
Azərbaycan Prezidenti Sloveniya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Sloveniya Milli Şurasının sədri Aloyz Kovşkanı qəbul edib.

Dövlətimizin başçısı Sloveniya Milli Şurasının sədri Aloyz Kovşkaya VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə minnətdarlığını bildirdi və onun səfərinin ikitərəfli münasibətlərimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.

Sloveniya Milli Şurasının sədri Aloyz Kovşka ölkələrimiz arasında hələ keçmişdən çox yaxşı əlaqələrin mövcud olduğunu dedi və bildirdi ki, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün imkanlar var. O, ölkələrimiz arşında əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı maraq doğuran sahələrin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi apardığını və gələcəkdə bu istiqamətdə işlərin görüləcəyinə ümidvar olduğunu bildirdi.

Dövlətimizin başçısı, öz növbəsində, Azərbaycan ilə Sloveniya arasında əlaqələrin uğurla inkişaf etdiyini dedi, əlaqələrimizin inkişafında prezidentlər səviyyəsində qarşılıqlı rəsmi səfərlərin önəmini qeyd etdi və özünün Sloveniyaya rəsmi səfərini məmnunluqla xatırladı. İkitərəfli əlaqələrimizin daha da genişləndirilməsinin zəruriliyini vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında tərəfdaşlıq sahələrinin müəyyənləşdirilməsinin əhəmiyyətinə toxundu və bu baxımdan qarşılıqlı ticarətin səviyyəsinin artırılmasının vacibliyini dedi. Dövlətimizin başçısı qeyd etdi ki, hər iki ölkədən olan şirkətlər Azərbaycan ilə Sloveniya arasındakı mövcud yaxşı siyasi mühitdən faydalanaraq öz fəaliyyətlərini daha da genişləndirə bilərlər.

Sloveniyada səfərdə olarkən orada Mehdi Hüseynzadənin memorialını ziyarət etdiyini məmnunluqla xatırlayan Prezident İlham Əliyev ölkələrimiz arasında humanitar əməkdaşlığın və eləcə də çox mühüm əhəmiyyət daşıyan turizmin inkişaf etdirilməsi üçün də yaxşı perspektivlərin olduğunu bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti