...

Ekspert: Ermənistan böyük məğlubiyyətini Qarabağa gətirilən xarici tör-töküntülərin kölgəsi altında ört-basdır etmək istəyir

Siyasət Materials 31 Oktyabr 2018 17:27 (UTC +04:00)
Ermənistan böyük məğlubiyyətini Qarabağa gətirilən xarici tör-töküntülərin kölgəsi altında ört-basdır etmək istəyir.
Ekspert: Ermənistan böyük məğlubiyyətini Qarabağa gətirilən xarici tör-töküntülərin kölgəsi altında ört-basdır etmək istəyir

Bakı. Samir Əli - Trend:

Erməni lobbiçilərinin Avropanın künc-bucaqlarından marginallaşmış adamları guya ən mötəbər diplomat və siyasətçilər adı altında toparlayaraq onların Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil etməsinin saxta mahiyyəti getdikcə daha çox üzə çıxır və ifşa olunur.

Bunu Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, ekspert Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, illərdən bəri erməni lobbisinin apardığı bu işlər nəinki istənilən effekti vermir, hətta daha da qeyri-ciddi şəkil almağa başlayır:

"Ermənilər işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimi müstəqil subyekt kimi tanıda biləcəklərinə çox ümidli idilər. Lakin bir tərəfdən Azərbaycan diplomatiyasının izahat işləri, digər tərəfdən isə ümumi erməni iddialarının saxta mahiyyətinin üzə çıxması nəticəsində erməni lobbiçilərinin Qarabağa emissarlar gətirmək taktikası indi onların özlərinə qarşı işləməyə başlayıb. Hər səfərdən sonra mötəbər təşkilatlar qondarma rejimi tanımadıqları barədə birmənalı bəyanatlar verməklə lobbiçilərin oyunlarının saxtalığını bütün dünyaya göstərirlər. Bundan başqa, erməni lobbiçilərinin aldadaraq və ya şirnikləndirərək Qarabağa apardıqları insanların da sayı sürətlə azalır, artıq Avropadakı ciddi dairələrin təmsilçiləri, deputatlar bu səfərlərə o qədər də həvəslə baxmırlar".

Ekspertin sözlərinə görə, iş o həddə gəlib çatıb ki, ermənilərin Qarabağa apardığı qonaqların arasında qeyri-ənənəvi oriyentasiyalı, öz ölkəsində ən pis imicə malik hər cür təsadüfi adamlar peyda olmağa başlayıb:

"Bu günlərdə işğal olunmuş ərazilərimizə aparılmış şəxslərin siyahısına baxmaq kifayətdir. Ermənistanın son ümid yerinə çevrilmiş və sadəcə "cib siyasətçiləri" imicinə malik bu şəxslərin fəallığı bir daha sübut edir ki, Ermənistan rəhbərliyi Qarabağ uğrunda diplomatiyanı prinsipial olaraq uduzduğunu çox yaxşı anlayır və xaricdən Qarabağa gətirilən tör-töküntülər dəstəsinin kölgəsi altında öz böyük məğlubiyyətini ört-basdır etmək istəyir".

Xatırladaq ki, ötən gün Belçika Federal Parlamentinin üzvü, İslahatçılar Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə sədri Jan Jak Flao və onun müavini Culi Szmay Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti