...

BMT-də 3 istiqamətdə islahatlar keçirilir

Siyasət Materials 19 Dekabr 2018 20:13 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasında Rezident Əlaqələndiricisini qəbul edib
BMT-də 3 istiqamətdə islahatlar keçirilir

Trend-i buradan izləyin

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda rezident əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Q.İsakzai səmimi qəbula görə təşəkkürünü bildirərək, BMT-nin inkişaf sistemində aparılan islahatlar haqqında ətraflı məlumat verib və bu xüsusda, 3 istiqamətdə - katiblik, sülhməramlılıq departamenti və inkişaf sistemində islahatların həyata keçirildiyini qeyd edib. Q.İsakzai BMT Baş Assambleyasının 2018-ci ilin may ayında yekdilliklə qəbul etdiyi qətnaməyə əsaslanan Birləşmiş Millətlər inkişaf sisteminin islahatlarının ilk növbədə effektivliyin artırılmasına yönəldiyini söyləyib və islahatlar prosesinin dəstəklənməsi üçün xüsusi Etimad Fondunun yaradıldığını vurğulayıb.

Tərəflər BMT və Azərbaycan arasında sonuncu dəfə 2016-cı ildə imzalanmış Tərəfdaşlıq Çərçivə sənədinin yenilənməsi üzrə qarşıdan gələn il ərzində danışıqların başlanması üzrə fikir mübadiləsi aparıblar.

Ölkəmizin BMT ilə faydalı və hərtərəfli əməkdaşlıq qurduğunu deyən nazir E.Məmmədyarov ölkəmizin BMT çərçivəsində siyasi dialoq və praktiki əməkdaşlıqda fəal iştirak etdiyini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti