Bakı. Trend:
Kolumbiyanın Azərbaycandakı səfirliyi ofisinin bir hissəsini Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Qabriel Leopoldo Xara Maldonadonun xidmətinə verib.
Bu barədə Trend-ə səfirlikdən bildirilib.
Səfirlik qeyd edir ki, onun gəlişi ilə Bakıda Sakit okean Alyansı bu inteqrasiya mexanizminin ümumi səfirlikləri formasında tam təmsil olunur:
"Kolumbiya, Çili, Meksika və Perunun diplomatik nümayəndəlikləri Azərbaycanda birgə fəaliyyət göstərəcək və yalnız ikitərəfli münasibətləri deyil, həm də regionun maraqlarını gücləndirəcəklər".