Bakı. Trend:
Azərbaycanın Xrax-Uba və Uryan-Uba kəndlərində yaşayan 350-yə yaxın Rusiya vətəndaşının Dağıstana köçürülməsi başa çatıb.
Trend-in məlumatına görə, bu barədə Rusiyanın Şimali Qafqaz işləri üzrə naziri Sergey Çebotaryov deyib.
Qeyd edək ki, dövlət sərhədi ilə bağlı Rusiya ilə Azərbaycan arasında 2010-cu ildə imzalanmış saziş nəticəsində Xaçmaz rayonunun ərazisində yerləşən Dağıstanın iki kəndi Azərbaycana təhvil verilib.
2013-cü ildə Rusiya Prezidenti Vladimir Putin kənd sakinlərinin Rusiyaya köçürülməsi ilə bağlı tapşırıq vermişdi.