...

Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru ilə görüşüb

Siyasət Materials 21 Fevral 2019 16:13 (UTC +04:00)
Baş nazirin müavini Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru ilə görüşüb
Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru ilə görüşüb

Bakı. Elçin Mehdiyev - Trend:

Nazirlər Kabinetində Baş nazirin müavini Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru Mercy Tembonla görüşüb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüşdə Baş nazirin müavini keyfiyyətli səhiyyə xidmətinin təmin edilməsinin dövlətin həyata keçirdiyi sosial siyasətin təməl prinsiplərindən biri olduğunu bildirib. O, icbari tibbi sıgortanın tətbiqi ilə əlaqədar çox ciddi islahatların həyata keçirilməsinin zəruriliyi barədə qonaqlara məlumat verib.

Mercy Tembon Dünya Bankı Qrupunun Azərbaycanla sıx və davamlı tərəfdaşlığa verdiyi əhəmiyyəti vurğulayaraq, ölkənin inkişaf proqramının icrasına, Azərbaycanın dayanıqlı iqtisadi artım istiqamətində irəliləməsi sahəsində hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib. Regional direktor icbari tibbi sığorta ilə bağlı institusional strukturun formalaşdırılması və imkanlarının genişləndirilməsi, universal tibbi təminata çatmaq üçün səhiyyənin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsi, tibbi xidmətin təşkili və keyfiyyətinin yaxşılaşdırılması, o cümlədən səhiyyədə insan resurslarının gücləndirilməsi məqsədilə həm klinik, həm də idarəetmə sahəsində bacarıqların artırılması ilə bağlı hər cür dəstəyə hazır olduqlarını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti