Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev Dominikan Prezidenti Danilo Medinaya təbrik ünvanlayıb.
Prezidentin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident, Dominikan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim sülh və firavanlıq diləyirəm".