...

Azərbaycanda təhsillə bağlı yeni qanun layihəsi qəbul olundu

Siyasət Materials 29 Mart 2019 12:10 (UTC +04:00)
Azərbaycanda yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Azərbaycanda təhsillə bağlı yeni qanun layihəsi qəbul olundu

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, 5 fəsil 33 maddədən ibarət olan “Ümumi təhsil haqqında” qanun layihəsinin məqsədi vətəndaşların ümumi təhsil sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etməkdən, ümumi təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibəti tənzimləməkdən və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdan ibarətdir.

Qanun Azərbaycanda fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir.

Yeni qanun layihəsinin müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti