...

Əli Əhmədov: Avropa yüz ildən çoxdur ki, erməni vəhşiliyinə susmaqda davam edir

Siyasət Materials 30 Mart 2019 14:48 (UTC +04:00)
31 mart erməni qaniçənlərinin azərbaycanlılara qarşı törətdiyi vəhşilik və soyqırımın anım günüdür.
Əli Əhmədov: Avropa yüz ildən çoxdur ki, erməni vəhşiliyinə susmaqda davam edir

Bakı. Elçin Mehdiyev – Trend:

31 mart erməni qaniçənlərinin azərbaycanlılara qarşı törətdiyi vəhşilik və soyqırımının anım günüdür. Bu qəbildən olan vəhşilik və qətliamların erməni millətçiləri tərəfindən dəfələrlə törədilməsinə baxmayaraq, “mədəni” Avropa yüz ildən çoxdur ki, susmaqda davam edir.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, beləcə yüz ildən çoxdur ki, “ikili standartlar” yaranıb və bu gün də tətbiq edilir:

"Dağlıq Qarabağ münaqişəsinin nəticələrinin aradan qaldırılmasına, Azərbaycan torpaqlarının işğaldan azad olmasına, həmvətənlərimizin öz yurd-yuvasına dönməsinə, ədalətin bərpa olunmasına da məhz həmin ikili standartlar mane olur. Azərbaycan xalqı soyqırımı qurbanlarını daim anaraq tarixi yaddaşını qoruyub saxlayır, ədalətin bərpa olunacağına, soyqırımlarına layiqli hüquqi-siyasi qiymət veriləcəyinə inamını heç zaman itirməyib".

Baş nazirin müavini qeyd edib ki, heç bir beynəlxalq təşkilat bunu etməsə də, qüdrətli Azərbaycan dövləti özünün tarix və xalqımız qarşısındakı müqəddəs borcunu yerinə yetirəcək:

"Tariximizi və müsibətlərimizi unutmamalıyıq. Qələbənin yolu birlikdən, həmrəylikdən, müqəddəs vəzifələr naminə dövlətimizin ətrafında sıx birləşməkdən keçir. Hamımızı birliyə, həmrəyliyə, dövlətimizin qüdrətinin daha da artması və torpaqlarımızın geri qaytarılması naminə mübariz olmağa çağırıram”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti