Bakı. Trend:
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş "Dövlət müstəqilliyinin keşiyində..." adlı sənədli film təqdim olunub.
Trend-in məlumatına görə, filmdə Azərbaycan təhlükəsizlik orqanlarının bir əsr ərzində böyük inkişaf yolu keçməsindən və müstəqil dövlətimizin milli təhlükəsizliyinin qarantına çevrilməsində ümummilli lider Heydər Əliyevin müstəsna rolundan bəhs olunur.
1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk xüsusi xidmət orqanı olan Kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb.
Ümummilli lider Heydər Əliyevin "Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında" 23 mart 1997-ci il tarixli sərəncamına əsasən, 28 mart tarixi Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü elan edilib.
Trend Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş sənədli filmi təqdim edir: