...

Azərbaycanda fəaliyyət göstərən diplomatların Gəncə, Samux və Göygölə səfərləri təşkil olunacaq

Siyasət Materials 2 Aprel 2019 10:13 (UTC +04:00)

Bakı. Trend:

Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda regionların inkişafı ilə tanış olmaq və bu xüsusda ölkəmizin bölgələrində həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə məlumatlanmaq məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin 60-dan çox nümayəndəsinin 2019-cu ilin 2-3 aprel tarixlərində Gəncə şəhərinə, Samux və Göygöl rayonlarına tanışlıq səfərləri təşkil olunacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində diplomatlar Gəncə şəhərində Heydər Əliyev Park-Kompleksi, Nizami Gəncəvi məqbərəsi, İmamzadə ziyarətgah kompleksi və Gəncə Avtomobil zavodu ilə tanış olacaqlar.

Eyni zamanda diplomatlar Samux rayonunda “AqroEnerji” kompleksi və “Aqro Diary” MMC ilə, Göygöl rayonunda isə alman mədəni irsi, Göygöl Milli Parkı və Göygöl şərab zavodu ilə tanış olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti