...

Azərbaycan Prezidenti: İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir

Siyasət Materials 2 Aprel 2019 14:00 (UTC +04:00)
Haqq-ədalət, tarixi həqiqət bizim tərəfimizdədir. İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir.
Azərbaycan Prezidenti: İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir

Bakı. Trend:

Haqq-ədalət, tarixi həqiqət bizim tərəfimizdədir. İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə görüşdə çıxış edərkən deyib.

Dövlətimizin başçısı bildirib: "Son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir.

Siz - burada xidmət göstərən hərbçilər öz vəzifə borcunuzu çox yaxşı bilirsiniz, yaxşı başa düşürsünüz. Siz ən ağır döyüşlərdə iştirak etmisiniz, qəhrəmanlıq, şücaət göstərmisiniz. Dövlət sizin fəaliyyətinizi yüksək qiymətləndirir. Mən Sizi əldə edilmiş uğurlar münasibətilə təbrik edirəm, sizə və Ordumuza yeni uğurlar, yeni qələbələr arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti