...

İranın İslam Mәdәniyyәti vә Әlaqәlәri Tәşkilatının sədri Bakıda sәfәrdәdir

Siyasət Materials 30 Aprel 2019 19:00 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranın İslam Mәdәniyyәti vә Әlaqәlәri Tәşkilatının sədri Abuzər İbrahimi Torkaman Bakıda sәfәrdәdir.

Bu barәdә Trend-ə İranın Azәrbaycandakı sәfirliyindən məlumat verilib.

Sәfәrin mәqsәdi 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmәkdir.

Qeyd edək ki, forumda Qana Respublikasının Xarici İşlər naziri Şirli Botçvey, Uruqvayın Xarici İşlər naziri Rodolfo Nin Novoa, Qambiyanın Xarici İşlər naziri Mamadou Tanqara, Monteneqronun Mədəniyyət naziri Aleksandar Boqdanoviç, Mali Respublikasının Mədəniyyət naziri Ramatulaye Diallo, Əlcəzairin Mədəniyyət naziri Meriem Merdaci, Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Zhamankulov, Küveyt Dövlətinin İnformasiya və Gənclərlə iş naziri Mohammad Naser Abdullahı Aljabri, Monteneqronun Daxili İşlər naziri Mevludin Nuhociç, Myanmanın Təhsil naziri Myo Thein Gyi iştirak etmək üçün ölkəmizə səfər edəcək.

Bundan əlavə, forumda 100-dən çox ölkə və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak edəcəkdir. Tədbir BMT tərəfindən təşkilatın rəsmi internet səhifəsi üzərindən canlı yayimlanacaq.

2-3 may tarixində baş tutacaq tədbirin təşkilatçıları Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO-dur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti