...

Azərbaycan Parisdə AŞ PA-nın Komitə iclasında iştirak edəcək

Siyasət Materials 18 May 2019 09:40 (UTC +04:00)
Milli Məclisin deputatı AŞ Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün Parisdə səfərdə olacaq.
Azərbaycan Parisdə AŞ PA-nın Komitə iclasında iştirak edəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün mayın 19-dan 21-dək Parisdə səfərdə olacaq.

Trend-in məlumatına görə, komitə iclasında terror qurbanlarının qorunması və onlara köməklik göstərilməsi, hücuma məruz qalmış demokratiya, beynəlxalq terrorizmlə bağlı Sankt-Peterburqda keçirilmiş konfransın nəticələri, Kosovada vəziyyət, Əlcəzair ilə parlamentlərarası dialoq, Parlament Assambleyasının gələcəkdə rolu və missiyası ilə bağlı müzakirələr aparılacaq.

S.Hacıyev iclasda çıxış edəcək, mövzular barədə fikirlərini bildirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti