...

Birinci vitse-prezident Mehriban Əliyeva məktəbliləri və tələbələri Bilik Günü münasibətilə təbrik edib

Siyasət Materials 15 Sentyabr 2019 12:07 (UTC +04:00)
Əziz məktəblilər, tələbələr. Hörmətli müəllimlər və valideynlər. Sizi bu əziz, sevimli bayram – Bilik Günü münasibətilə təbrik edirəm.
Birinci vitse-prezident Mehriban Əliyeva məktəbliləri və tələbələri Bilik Günü münasibətilə təbrik edib

Bakı. Trend:

Əziz məktəblilər, tələbələr. Hörmətli müəllimlər və valideynlər. Sizi bu əziz, sevimli bayram – Bilik Günü münasibətilə təbrik edirəm.

Trend-in məlumatına görə, bu barədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində edilən paylaşımda qeyd edilir.

Paylaşımda bildirilir: "Bu, yeni dərs ilinin, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır. Qoy, yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olsun. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram.
Əziz dostlar, Bilik Gününüz mübarək!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti