Prezident İlham Əliyev: 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş o antimilli dəstə Azərbaycanı uçuruma aparırdı

Prezident İlham Əliyev: 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş o antimilli dəstə Azərbaycanı uçuruma aparırdı

Bakı. Trend:

1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş o antimilli dəstə Azərbaycanı uçuruma aparırdı.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edərkən deyib.

Dövlət başçısı bildirib ki, o vaxt Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi:

"Heç kimin ağlına gələ bilməzdi ki, bir gün Sovet İttifaqı dağılacaq. Yəni, bu addımı atarkən Heydər Əliyev təcrübəli rəhbər kimi bilirdi ki, ona qarşı çox böyük təzyiqlər olacaq və nəinki təzyiqlər, onun hətta həyatı təhlükə altına düşə bilər. Belə də oldu. Sonrakı tarix bunu bir daha göstərdi, onun həbs edilməsi haqqında qərar verildi. Bakıya gəlməli idi, həmin gün onun yaxın tərəfdarı qətlə yetirildi. Ondan sonra onun səfəri təxirə salındı. Sonra Bakıya gəldi. O vaxtkı rəhbərlik ona burada da yaşamağa imkan vermədi, Naxçıvana üz tutdu. Beləliklə, Azərbaycanın yeni dövrü başladı.

Bu gün, noyabrın 21-i Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaranması günüdür. Çünki o vaxt özünü demokrat adlandıran, hakimiyyəti qanunsuz yollarla zəbt etmiş satqın AXC-Müsavat hakimiyyəti imkan vermədi ki, Yeni Azərbaycan Partiyasının təsis qurultayı Bakıda keçirilsin. Vətənpərvər insanlar, Heydər Əliyevi dəstəkləyən insanlar, ziyalılar Naxçıvana gedib soyuq, işıqsız şəraitdə, - hər on dəqiqədən bir işıqlar kəsilirdi, - Yeni Azərbaycan Partiyasını təsis etdilər. Artıq Azərbaycanın yeni dövrü başlamışdır. Məhz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi ucaltdı və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırdı ki, onlar da eyni addımı atsınlar. Onlara hələ bir neçə ay lazım oldu və artıq görəndə ki, Sovet İttifaqı çökür, ondan sonra bunu etdilər.

Biz bu tarixi yaddan çıxarmamalıyıq və gənclər bu tarixi bilməlidirlər. Bugünkü reallıqları düzgün təhlil etmək, bu reallıqlara düzgün qiymət vermək üçün biz bu acı dövrü yaddan çıxarmamalıyıq. Elə etməliyik ki, gənclər də bunu bilsinlər, hesab etməsinlər ki, bugünkü inkişaf, bugünkü tərəqqi göydən düşüb. Bilsinlər ki, biz buna qanımız, canımız bahasına nail olmuşuq. Biz tariximizin ən rüsvayçı səhifələrini də vərəqləməliyik. Ona görə ki, o rüsvayçı dövr təkrarlanmasın.

Bunu deyəndə, əlbəttə ki, mən, ilk növbədə, AXC-Müsavat dövrünü qeyd edirəm. 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş o antimilli dəstə Azərbaycanı uçuruma aparırdı. Azərbaycan əldən gedirdi. Yenicə bərpa edilmiş müstəqillik əldən gedirdi, ölkədə xaos, anarxiya, talançılıq, oğurluq, özbaşınalıq, böhran hökm sürürdü. Ermənilər orada torpaqlarımızı işğal edirdi, Xalq Cəbhəsi isə vətəndaş müharibəsinə start vermiş və Gəncə şəhərini bombalamağa başlamışdı. Vətəndaş müharibəsi ən ağır müharibədir. Çünki qardaş qanı axıdılır. Ona da getdilər ki, öz laxlamış hakimiyyətlərini qoruya bilsinlər. Görəndə ki, qoruya bilmirlər, Heydər Əliyevə müraciət etdilər ki, gəl, bizi xilas elə. Yalvarırdılar, mən bunun şahidiyəm. Üç dəfə təyyarə göndərmişdilər ki, bizi xilas elə, çünki artıq gəlirdilər bunları öldürməyə, yaxud da ki, yıxmağa. Qaçıb gizləndilər, bəziləri guya vəzifələrini dondurdular. O vaxt belə cəfəng ifadələr işlədilirdi. Əgər Heydər Əliyev gəlməsəydi, həm Azərbaycan dağılacaqdı, həm də, o antimilli AXC-Müsavat dəstəsi öz cəzasını alacaqdı. Yəni, Heydər Əliyevin humanistliyi onları layiq olduqları bu cəzadan xilas etdi.

Başqa cür ola da bilməzdi. Çünki baxın, bizi kimlər idarə edirdi. İndi bu tarix yaddan çıxır, amma çıxmamalıdır. Baxın, Azərbaycan xalqı hansı rəzil dövrdə yaşayırdı. Baxın, kimlər idi. Mən bir daha deməliyəm ki, yaddan çıxmasın, gənclər də bilsin. Prezident elmi işçi, zəif, iradəsiz bir adam idi. Heç vaxt heç bir idarəyə rəhbərlik etməmişdi. Hətta kiçik bir idarənin rəhbəri olmamışdı. Sadəcə, küçələrdə, orada-burada çığırıb bağırmaqla gəldi prezident oldu və ölkəni rüsvay elədi. Görün, hansı kadrlar seçildi. İndi bunu təsəvvür etmək çətindir ki, - bağışlayın sözümə görə, - belə yaramaz adamlar Azərbaycana rəhbərlik edirdi. Baş nazir, - o da elmi işçi idi. O da heç bir dissertasiya müdafiə edə bilməmişdi. Hamı yaxşı bilir, indi bu, sirr deyil, mövsümi ticarətlə məşğul olan adam Baş nazir təyin edildi. Məhz onun dövründə “otkat” sözü bizim lüğətimizə daxil edildi. Gəldi ki, ölkəni talan eləsin, onun sərvətini oğurlasın, tramvay xətlərini kəsdirsin, göndərsin İrana və pul əldə etsin. Bax, bu Baş nazir idi. Parlamentin sədri, - o da elmi işçi idi. On bir il aspiranturada oxumuşdu. Təsəvvür edin, on bir il. Dissertasiyanı müdafiə edə bilməmişdi. Rəhmətlik akademik Ziya Bünyadovun onun haqqında dediklərini mən təkrarlamaq istəmirəm. Sadəcə olaraq, bunu özümə rəva bilmirəm. Uğursuz aspirant, biliksiz, savadsız adam parlamentin sədri oldu. Ondan nə gözləmək olardı? Yaxud da ki, dövlət katibi. İstəyirdi komsomolda öz karyerasını artırsın, sonra partiya işinə keçsin və karyerist kimi hansısa bir vəzifəyə sahib olsun. Belələrinə siyasi dönük, flüger deyirlər. Onun bütün tarixi satqınlıq tarixidir. Komsomolçuları satıb, öz partiya himayədarlarını satıb, ondan sonra qoşulub Xalq Cəbhəsinə, orada da Əbülfəz Elçibəyi satıb. Bunu cəbhəçilər yaxşı bilirlər. Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi. Mən bunu dəqiq bilirəm, bu məlumat var. Sevinirdi ki, xəstələnib öləcəkdir, bu da keçəcəkdir onun yerinə.

İndi son hadisələr də göstərdi ki, o, hansı hünərə sahibdir. Yəni, bu isterika, bu paranoya, bu qorxaqlıq, - özünü lider sayan hansı adam özünə rəva bilər ki, bunu nümayiş etdirsin və ondan sonra bütün millətə bəyan etsin ki, mənə qarşı zor tətbiq ediblər. Bu, yalandır. Özünə hörmət edən, ləyaqəti üstün tutan hansı adam belə söz deyər. Bax, bu adam prezidentlik iddiasında olub və bu gün vaxtilə xalq hərəkatı tərəfindən yaradılmış Xalq Cəbhəsinə rəhbərlik etməyə çalışır.

Nazirlərə fikir verin, kimlər idi? Müdafiə naziri riyaziyyat müəllimi, savadsızın biri, demaqoq, küçə adamı. Nə ilə yadda qaldı? Şuşanı ermənilərə satdı. O, Şuşanı birinci tərk etdi. Özü demişdi ki, - o kadrlar var, tarix hər şeyi saxlayır, arxivlər var, - Şuşa əldən getsə, başıma güllə vuracağam. Yenə də meydanlarda sülənir, özünü elə aparır ki, guya heç kim bilmir, bunun keçmişi nədir. Bax, belə bir adam Müdafiə naziri ola bilərdimi? Belə bir adam bizim ərazi bütövlüyümüzü qoruya bilərdimi? Mən hələ onun biznes tərəfini demirəm. Burada yığdıqları pulları Moskvaya daşıyırdı. Orada özü üçün böyük biznes qurmuşdu. Lazım olarsa, bu barədə də məlumat veriləcək. Mən 2004-cü ildə onu əfv etdim. Çünki əsaslı olaraq ömürlük cəzaya məhkum edilmişdi. Şuşanı satana qarşı gərək o cəza veriləydi. Bax, ona görə bizim torpaqlarımız işğal altına düşmüşdür. Mən humanistlik göstərdim, onu əfv etdim.

Ondan sonra Daxili işlər naziri, nə ilə seçilirdi? Vəzifə sahibi kimi gedib canlı efirdə jurnalisti döymüşdü. Sən bir adi adam kimi əgər kiməsə qarşı nəsə eləsəydin, tutaq ki, sənə toxunublar, mən deyərdim ki, ola bilər, ləyaqətinə toxunub, emosiyalarını cilovlaya bilmir. Vəzifə sahibi ola-ola mühafizəçilərlə gəlib, jurnalisti döyüb və bununla da fərəhlənirdi. Sən gedib doğma rayonunu müdafiə edərdin. Doğulduğun Kəlbəcər əldən gedəndə, işğal altına düşəndə sən nazir idin. Qaçmısan, siçan kimi gizlənməyə deşik axtarmısan. O vaxt Naxçıvana desant göndərirdi və demişdi ki, Heydər Əliyevin başına güllə vuracağam. Naxçıvanlılar ona elə cavab verdilər ki, qorxusundan bilmirdi hara getsin. Oraya desant da getmədi. Ümumiyyətlə, o vaxt orada çevriliş cəhdi olmuşdu. İndi yenə meydanda sülənir, elə bilir ki, hamının yadından çıxıb.

Baş prokuror Gəncədə girov götürülmüşdü, Prezidentə həbs əmri vermişdi. Bu da Baş prokuror. Xarici İşlər naziri. Heç bir xarici dildə danışa bilməyən, hətta Azərbaycan dilində nə dediyini heç kim başa düşmürdü. Bax, budur xalq cəbhəsi, müsavat hakimiyyəti. Ona görə biz bu faciəvi vəziyyətlə üzləşmişdik. Əgər Heydər Əliyev xalqın tələbi ilə 1993-cü ildə Azərbaycana gəlməsəydi, Azərbaycan dağılacaqdı. Bunların da hərəsi qaçıb bir yerdə gizlənəcəkdilər, necə ki qaçıb gizlənmişdilər. Beləliklə, bizim müstəqilliyimiz XX əsrin əvvəllərində olduğu kimi yenə də yarımçıq qalacaqdı".

Pambıq əkinlərində suvarma problemləri və həlli yolları müzakirə olunub (FOTO)
Pambıq əkinlərində suvarma problemləri və həlli yolları müzakirə olunub (FOTO)
Böyük Şor gölünün çirkli maddələrdən təmizlənməsi davam etdirilir (FOTO)
Böyük Şor gölünün çirkli maddələrdən təmizlənməsi davam etdirilir (FOTO)
Bakının Suraxanı rayonuna yeni prokuror müavini təyin olundu
Bakının Suraxanı rayonuna yeni prokuror müavini təyin olundu
Loading Bars
Xəbər lenti
Rusiyalı mütəxəssislər Mərkəzi Gömrük Hospitalının fəaliyyəti barədə xoş fikirlər səsləndiriblər (FOTO)
Baş Prokurorluq əsgər ölümü ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
Azər Türk Bankdan fərdi sahibkarlar üçün sərfəli kredit kartı
Şirvan şəhərində 68 mənzilli yaşayış binası şəhid ailələri və Qaradağ müharibəsi əlillərinin istifadəsinə verildi (FOTO)
164 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirildi, 93 müəssisədə qayda pozuntusu aşkarlandı (FOTO)
Rezidenturaya qəbul olmaq istəyənlər üçün yenidən sənəd qəbulu başladı
PAŞA Bank uşaqları antiseptik vasitələrlə təmin etmək məqsədi ilə keçirilən sosial layihəyə dəstək verdi
Dövlət 1,5 milyard manat kredit portfelinə subsidiya və zəmanət verəcək - Vüsal Qasımlı
Azərbaycanda pandemiya dövründə bu sahələrdə maaş daha yüksək olub
Türkiyədə ictimai məkanlarda koronavirusa görə nəzarət tədbirləri gücləndirilib
Sabah Bakıda yağış, külək gözlənilir
Rusiyada koronavirusdan ölənlərin sayı 11 mini keçdi
Pambıq əkinlərində suvarma problemləri və həlli yolları müzakirə olunub (FOTO)
Azərbaycan nefti ucuzlaşır
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində nöqsanlar aşkarlanıb, 109,2 min manat dövlət büdcəsinə bərpa edilib
Böyük Şor gölünün çirkli maddələrdən təmizlənməsi davam etdirilir (FOTO)
İnsanların restoranlara, iş yerlərinə QR kod vasitəsilə buraxılması təklif olunur - “E-Təbib”
Çində daşqınlar 30 milyondan çox insana ziyan vurub
Azərbaycan koronavirusla mübarizə aparır, amma radikalların müalicəsi yoxdur - "Politşou" təqdim edir (Videolayihə)
"AHK Azərbaycan"ın ilk onlayn AHK impuls tədbiri turizm sahəsinə həsr olunub
Nərimanov rayon prokuroruna yeni müavin təyin olundu
BMT: COVİD-19-un qida məhsullarından qaynaqlanması barədə elmi məlumat aşkarlanmasa da, gigiyena qaydalarına diqqət etməliyik
İlahiyyat İnstitutunda yay imtahan sessiyası sona çatıb (FOTO)
AZAL sərnişinlərə müraciət edib
Baş Prokurorluq korrupsiya hüquqpozmalarına qarşı mübarizədə beynəlxalq əməkdaşlığı davam etdirir
Bəzi ölkələr karantin rejimini uzatmaqda davam edir
Bakının Suraxanı rayonuna yeni prokuror müavini təyin olundu
AQTA Ağstafada bəzi müəssisələrlə bağlı pozuntu halları aşkarlayıb (FOTO)
16 şəhər və rayon üzrə 190 manatın verilməsi başa çatıb
Zaqatalada oğurluq edib, sonra evi yandıran şəxslər saxlanılıb (FOTO)
Xüsusi karantin zonalarından Daşkəsən rayonuna gələn şəxslər cərimələnib (FOTO)
Mərkəzi Netçilər Xəstəxanasının direktoru: Koronavirusa yoluxan həkim Elnur Abdullanın müalicəsi ilə bağlı məsələlər dövlətin nəzarətindədir
Murat Lekompte: Qlobal iqtisadi və sosial böhranlar TANAP-ın kommersiya fəaliyyətində hər hansı bir ləngiməyə səbəb olmayıb (MÜSAHİBƏ)
Azərbaycan-Meksika parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub (FOTO)
Testiniz neqativ çıxarsa, qan analizi verin - Həkimdən tövsiyə
Pərvin Kərimzadə: Bu günkü reallıqlar işğalçı Ermənistanın faşist niyyətini təsdiq edir
Bu ilin I yarısında Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 3853 müraciətə baxılıb
Ermənistanda son sutkada 557 nəfər koronavirusa yoluxub
Yelo Bank yeni baş ofisin sığortalanması üzrə tender elan edir
"KATV1" internetlə bağlı yaranan problemə aydınlıq gətirib
Yaponiyada kompüter koronavirusa qarşı potensial dərmanlar aşkar edib
595 nəqliyyat vasitəsinin icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb
Könül Nurullayeva: BMT rəhbərliyi Azərbaycanın təşəbbüsünü “COVİD-19”la mübarizədə vahid yanaşmanın tətbiqinə töhfə kimi dəyərləndirir
Mərkəzi Gömrük Hospitalı COVİD-19 xəstələri üçün həkim vakansiyaları elan edib
Avtomobil bazarında ən çox satılan avtomobillərə indi maraq yoxdur - Ekspert
COVİD-19 virusuna yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatı açıqlandı
Tramp ilk dəfə ictimai məkanda maska taxacaq
Sumqayıtda qadın bacısının əri tərəfindən bıçaqlandı
Bakıda qadını qarət edən şəxs yaxalandı
Bakıda yük maşınının altında qalıb ölən şəxsin kimliyi müəyyənləşdi
Azərbaycanda ən çox iş yerini dəyişən müəllimlər Bu ŞƏHƏR üzrə olub
Atəşkəs 69 dəfə pozulub
İtaliya ordusunda korrupsiya əməliyyatı - 30-dan çox şəxs saxlanılıb
Şirvan sakini qonşusunu küçədə qətlə yetirdi
Bakıda karantin postları yenidən qurulub
Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır
Deputat: Azərbaycan pandemiyanın iqtisadi təsirlərini minimumlaşdıra bilən ölkələrdəndir
Sinqapurda ümumi parlament seçkiləri başlayıb
Sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda qəbul imtahanları keçirilir
Boliviyanın müvəqqəti prezidenti koronavirusa yoluxub
Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu keçib
Meksikada sutkada rekord sayda koronavirusa yoluxma faktı qeydə alınıb
Tehranın qərbində partlayış səsləri eşidilib
Moskvada koronavirusdan daha 28 nəfər ölüb
Türkiyə sahillərində 30-a yaxın miqrant xilas edildi
ABŞ Çinin dörd vətəndaşına və bir təşkilatına sanksiya tətbiq edib
Salyanda yanğın baş verib
Xalq artisti Canəli Ələkbərovun oğlu vəfat edib
Zərdabda Kürdə batan 3 nəfərdən birinin meyiti tapılıb (ƏLAVƏ OLUNUB)
AZAL Kiyevdən çarter reysi yerinə yetirib (FOTO)
Dünya ölkələri COVID-19-la mübarizədə yeganə çıxış yolunu məhdudiyyətlərin yenidən sərtləşdirilməsində görürlər
Rusiya pandemiya ilə mübarizədə kömək etmək üçün Azərbaycana mütəxəssislər göndərməyi planlaşdırır
Futbol üzrə avrokubokların 1/8 final mərhələsinin oyunları tamaşaçısız keçiriləcək
Pandemiyadan zərər çəkən sahibkarların kreditlərinə dövlət dəstəyi müəyyənləşdirilib
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Milli Mətbuatımızın dünəni mediamızın bu günü və gələcəyi üçün örnəkdir
Türkiyədə koronavirusdan sağalanların sayı 190 min nəfəri ötüb
6050 obyektdə sanitar-epidemioloji tələblər pozulub - Nazirlik
“Sabahın Sahibkarları”na Ziraat Bank dəstəyi davam edir (FOTO)
"Tesla" şirkəti tam avtomatlaşdırılmış avtomobil istehsal edəcək
Qazaxda tank əleyhinə raket tapılıb (FOTO)
Qoşulmama Hərəkatının COVİD-19 pandemiyasına qarşı mübarizə üzrə İşçi Qrupunun ilk onlayn görüşü keçirilib
Büdcədən maliyyələşən istehlakçıların elektrik və qaz təchizatı şəbəkələrində 431 sayda araşdırma aparılıb
Böyük Şor gölünün 50 faizi çirkabdan təmizlənib (VİDEO)
Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxdu, 491 nəfər sağaldı, 10 nəfər öldü
İranda koronavirusla bağlı rekord qeydə alındı: Daha 221 nəfər öldü
Sabunçuda 4 otaqlı ev yanıb
Rusiya XİN: Biz əminik ki, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası konstruktiv yöndə keçəcək
Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlanıb
Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb
BMT rəhbərliyi Azərbaycana müstəsna qabiliyyətli ölkə kimi baxır - Aydın Quliyev
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Böyük Şor gölünün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsinə başlanılıb
Daha bir həkim koronavirusa yoluxdu
Unibankın sərfəli əmanət-kredit kampaniyası davam edir
Mingəçevir Dövlət Universitetində yaz imtahan sessiyası ərzində altıncı “Açıq qapı” günü keçirilib (FOTO)
Ağsuda taxıl sahəsi yanır
Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyən edilib - “E-Təbib”-dən AÇIQLAMA
Qubada "Pandemiya dövründə insan hüquqlarının müdafiəsi və multikultural dəyərlərin təbliği" mövzusunda videokonfrans keçirilib
"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb
Bütün xəbərlər