...

Elmar Məmmədyarov Fransa səfiri ilə görüşüb

Siyasət Materials 25 Noyabr 2019 19:18 (UTC +04:00)
Xarici İşlər naziri Elmar Məmmədyarov Fransa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Zakari Qrosu qəbul edib
Elmar Məmmədyarov Fransa səfiri ilə görüşüb

Bakı. Trend:

Xarici İşlər naziri Elmar Məmmədyarov Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Zakari Qrosu qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Görüş zamanı tərəflər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, elm-təhsil, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Z.Qros diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib.

Nazir E.Məmmədyarov səfir Z.Qrosa diplomatik fəaliyyətində uğurlar arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti