Bakı. Trend:
Xarici işlər naziri Elmar Məmmədyarov Latviyanın paytaxtı Riqaya rəsmi səfərlə yola düşüb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun Latviyanın yüksək vəzifəli rəsmiləri ilə görüşləri nəzərdə tutulub.