...

Heydər Əliyev irsi elmi ideyalara əsaslanan dövlətçilik məktəbidir (FOTO)

Siyasət Materials 11 Dekabr 2019 21:41 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anım günü Xətai rayonunda da qeyd edildi. Tədbir iştirakçıları əvvəlcə rayonda yerləşən Heydər Əliyev parkına gələrək Ulu Öndərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzdülər.
Heydər Əliyev irsi elmi ideyalara əsaslanan dövlətçilik məktəbidir (FOTO)

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyevin anım günü Xətai rayonunda da qeyd edildi. Tədbir iştirakçıları əvvəlcə rayonda yerləşən Heydər Əliyev parkına gələrək Ulu Öndərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzdülər.

Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və Onun titanik fəaliyyətindən danışaraq bildirdi ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başladı və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildi. Bildirildi ki, hər bir Azərbaycan vətəndaşının düşüncəsində ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçilik məfkurəsinin əsasını qoyan bir şəxsiyyət kimi dərk olunur. Azərbaycanın uğurları, reallıqları, bütövlükdə qarşımızda açılan geniş perspektivlər bilavasitə ümummilli lider Heydər Əliyevin xidmətlərinin, müdrikliyinin və onun müəyyənləşdirdiyi siyasətin nəticəsidir. Əsası Ulu Öndər tərəfindən qoyulan siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov bildirdi ki, dünyanın hansı tərəfindən nəzər salsaq ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəmzi kimi görünür. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi, yaradıcısı və qurucusudur. Ümummilli Lider özündən sonrakı dövr üçün də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi və yaradıcısıdır. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir.

Vaqif Abbasov vurğuladı ki, Heydər Əliyev haqqında bəhs edərkən Ümummilli Lider ifadəsini tez-tez səsləndiririk. Ümummilli Lider anlayışının ilkin nəzəri-fəlsəfi izahını belə təqdim edə bilərik ki, ölkəsinin vahid inkişaf yolunu müəyyən etmək, xalqını qalibiyyətli bir gələcəyə aparmaq qüdrəti Ümummilli Liderin xarakterinin ana xəttini təşkil edir.

Tədbirdə YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək bildirdi ki, Heydər Əliyev irsi elmi ideyalara əsaslanan dövlətçilik məktəbidir. Dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən günlərlə, aylarla, saatlarla danışmaq olar. Ulu öndər Heydər Əliyev özünün dahiyanə uzaqgörənliyi ilə müdrikliyi Azərbaycanın gələcək, yeni dövrün tələblərinə uyğun inkişafı üçün konseptual islahatlar həyata keçirilməsi strategiyasını hazırladı və həmin islahatlar bütün sahələri əhatə etməklə yeni, müasir Azərbaycanın ilk konturlarını müəyyənləşdirdi, həmin konsepsiyaya uyğun şəkildə siyasət həyata keçirilməsinə başlandı. Ulu öndərin uğurlu siyasəti nəticəsində Azərbaycan dünya birliyində layiqli yer tutdu. Beynəlxalq təşkilatlara üzv qəbul olunmaqla həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yeni imkanlar qazandı.

V.Rəhimzadə vurğuladı ki, möhkəm təməl uğurların davamlılığında əsasdır. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycanın bugünkü uğurlarının bazasını formalaşdırdı. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadə nəticəsində iqtisadi imkanlarını artıran Azərbaycanın siyasi mövqeyi möhkəmləndi. Bu gün böyük fəxrlə qeyd edirik ki, Azərbaycan ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft stragiyasının uğurlarını yaşayır.

V.Rəhimzadə ulu öndər Heydər Əliyevin xidmətlərindən bəhs edərkən bu gün sıralarında 750 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etdi. Vurğuladı ki, tarixinə biri-birindən əhəmiyyətli uğurlarla zəngin səhifələr yazan Yeni Azərbaycan Partiyasına milyonların sevgisini şərtləndirən əsas amillər Heydər Əliyev ideyalarına sədaqət, onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin siyasətinə dəstəkdir. Ulu öndər Heydər Əliyevin fikirləri ilə desək, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.

YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov qeyd etdi ki, dünyanın hansı tərəfindən nəzər salsaq ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəmzi kimi görünür. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi, yaradıcısı və qurucusudur. Ümummilli Lider özündən sonrakı dövr üçün də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi və yaradıcısıdır. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. H.Mirələmov bir tədbir çərçivəsində ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı, dövləti qarşısındakı xidmətlərini əhatə etməyin mümkünsüzlüyünü bildirdi. Söylədi ki, Azərbaycan bu gün Heydər Əliyev yolu ilə inamla irəliləyir, cənab İlham Əliyevin rəhbərliyi altında biri-birindən əhəmiyyətli uğurlara imza atır.

Xətai rayon prokuroru Yusif İldırımzadə bildirdi ki, hər bir Azərbaycan vətəndaşının düşüncəsində ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçilik məfkurəsinin əsasını qoyan bir şəxs kimi dərk olunur. Azərbaycanın uğurları, reallıqları, bütövlükdə qarşımızda açılan geniş perspektivlər bilavasitə ümummilli lider Heydər Əliyevin xidmətlərinin, müdrikliyinin və müəyyənləşdirdiyi siyasətin nəticəsidir.

Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova ümummilli lider Heydər Əliyevin cəmiyyətin həyatına nüfuz edən müdrik, praqmatik siyasətindən, ümumdünya diplomatiyası qarşısındakı misilsiz xidmətlərindən danışdı. Bildirdi ki, bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyev müdrik siyasi və dövlət xadimi kimi uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb. Müstəqil Azərbaycan dövləti bu zəngin irsdən faydalanır, sürətlə inkişaf edir, dünya dövlətləri cərgəsində öz mövqelərini qətiyyətlə möhkəmləndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti