...

Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə yerləşdirilən görüntülərin araşdırılmasına başlanılıb

Siyasət Materials 23 Dekabr 2019 19:24 (UTC +04:00)
Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə gün ərzində yerləşdirilən görüntülərin araşdırılmasına başlanılıb
Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə yerləşdirilən görüntülərin araşdırılmasına başlanılıb

Bakı. Elçin Mehdiyev – Trend:

Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə gün ərzində yerləşdirilən görüntülərin araşdırılmasına başlanılıb.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov vurğulayıb ki, hər hansı bir xoşagəlməz hal varsa, bununla bağlı dairə seçki komissiyalarına müraciət edilməlidir: “Heç kimin haqqı yoxdur ki, seçki prosesinə müdaxilə etsin. Xoşagəlməz hallarla bağlı ilk növbədə dairə seçki komissiyalarına müraciət edilməlidir. Dairə seçki komissiyasının qərarından narazı qaldıqları halda Mərkəzi Seçki Komissiyasına müraciət edə bilərlər. Bütün halar Seçki Məcəlləsinə uyğun ciddi şəkildə araşdırılacaq. Heç kəs çəkinməməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti