Prezident İlham Əliyev: Heç vaxt Azərbaycan xalqı və Azərbaycan dövləti imkan verməyəcək ki, satqın, xain ünsürlər yenə də baş qaldırsın

Prezident İlham Əliyev: Heç vaxt Azərbaycan xalqı və Azərbaycan dövləti imkan verməyəcək ki, satqın, xain ünsürlər yenə də baş qaldırsın

Bakı. Trend:

Heç vaxt Azərbaycan xalqı və Azərbaycan dövləti imkan verməyəcək ki, satqın, xain ünsürlər yenə də baş qaldırsın.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində deyib.

Prezident İlham Əliyev bildirib:

"Azərbaycanda müxalifətin çox dərin böhran içində olmasının bir neçə səbəbi var. Hesab edirəm, birinci səbəb odur ki, bu gün müxalifətçiliyi inhisara götürmüş adamlar vaxtilə hakimiyyətdə olublar. Onların bəd əməlləri xalqımızın yaddaşından silinməyib. Biz hamımız AXC-Müsavat cütlüyünün hakimiyyətini yaxşı xatırlayırıq, o, bizim üçün bir biabırçılıq dövrü idi. Hesab edirəm ki, milli rəzalət dövrü idi. Çünki hakimiyyətə gəlmiş savadsız, səriştəsiz adamlar öz məsuliyyətini dərk etmədilər. Onlar, dediyim kimi, deqradasiyaya uğramış məmurlar kimi hakimiyyəti ancaq gəlir mənbəyi olaraq görürdülər. Onların əsas məqsədi varlanmaq, talamaq, oğurlamaq, satmaq idi, bir-biri ilə elə bil ki, yarışa girmişdilər - kim daha çox oğurlayacaq, kim daha çox ziyan vuracaq ölkəyə. Ölkə problemləri qaldı kənarda, Qarabağ problemi qaldı kənarda, sosial problemlər, hansı ki, Azərbaycan vətəndaşları böyük sosial problemlərlə üzləşmişdilər. İnflyasiya 1000 faizdən çox idi. Onların heç vecinə də deyildi. Onların işi ancaq dövlət əmlakını mənimsəmək idi, mən bunu dəfələrlə demişəm, bunun sübutları da var. Ləl-Cavahirat Fondunu elə taladılar ki, orada bir dənə də qiymətli əşya qalmadı. Vətəndaşlar axırıncı zinət əşyalarını gətirib verirdilər ki, bu, ümumi işimizə sərf olunsun, onu da taladılar. Ona görə xalqın yaddaşında bu qalıb. Eyni zamanda, vətəndaş müharibəsi - bu, ən ağır müharibədir, çünki qardaş qanı tökülür. Orada ermənilər torpağımızı işğal edirdilər, bunlar isə Gəncəni bombalayırdılar, öz xalqına qarşı cinayətlər törədirdilər, sonra da fərari kimi qaçıb gizləndilər. Həmin bu adamlardır ki, bu gün müxalifətçiliyi də inhisara götürüblər. Əslində, bunların nə mənəvi haqqı çatır, nə təcrübəsi, nə biliyi. Sadəcə olaraq, onların bu inhisarı saxlamaq üçün bir amili var, o da xarici dəstək. Çünki bunlar xaricdən idarə olunur. Bu, hesab edirəm ki, ikinci səbəbdir - nə üçün bunların cəmiyyətdə heç bir hörməti yoxdur?

Heç kəs üçün sirr deyil ki, bunlar xaricdən maliyyələşir. İyirmi il ərzində heç bir yerdə işləməyənin haradandır bu qədər varidatı, haradandır bu qədər imkanları ki, yaxın qohumları getsinlər ən inkişaf etmiş ölkələrdə çox gözəl həyat sürsünlər? Ona bir hesabat verirlər, yoxsa yox? Əlbəttə ki, yox. Amma biz bilirik, biz çox şeyi bilirik. Bəlkə də hamısını hələ ki, deməyə ehtiyac yoxdur. Ona görə bir tərəfdən onların törətdikləri cinayətlər və ölkəmizin demək olar ki, uçurum kənarına gətirilməsi, ondan sonra da qorxaqcasına, fərari kimi qaçıb gizlənməsi, ikinci tərəfdən, “beşinci kolon” kimi burada ölkəmizin maraqlarına qarşı onların fəaliyyəti. Bu iki amil hesab edirəm ki, onları bütün daxili dayaqlardan məhrum edib. Bir də ki, onların həm siyasi, həm həyatdakı davranışını, yəni, o biabırçı kadrları Azərbaycan tamaşaçıları görübdür. İsterikaya, panikaya qapılmış adam necə özünü lider hesab edə bilər? Yaşlı qadının qolundan yapışan, qorxusundan, məni bağışlayın, gizlənmək üçün deşik axtaran adam necə liderlik funksiyasını öz üzərinə götürə bilər? Sonra da gəlsin bütün ictimaiyyət qarşısında desin ki, vanna otağında mənə qarşı zor tətbiq etdilər. Birincisi, bu, yalandır. İkincisi, hansı özünə hörmət edən adam belə bir ifadə işlədər, bütün xalq qarşısında? Ona görə bunların qətiyyən mənəvi haqqı yoxdur ki, hansısa irad irəli sürsün. Yeganə dayaqları xarici dairələrdir. O dairələr ki, onlar da istəyirlər öz əlaltılarını hakimiyyətə gətirsinlər. Necə ki, vaxtilə 1992-ci ildə prezidentin kabinetinin qapısını bəzi səfirlər ayaqla açırdılar, o dövrü yenə də yaşamaq istəyirlər, ancaq alınmayacaq. Çünki heç vaxt Azərbaycan xalqı və Azərbaycan dövləti imkan verməyəcək ki, satqın, xain ünsürlər yenə də baş qaldırsın, yenə də hansısa mövqe əldə etsinlər. Azərbaycan xalqı buna imkan verməyəcək. Ona görə bunların dırnaqarası aksiyalarına heç kim gəlmir, heç kim qoşulmur. Bunların dırnaqarası siyasi mübarizəsi virtual həyatdadır. Orada da artıq bütün dayaqlarını itiriblər. Bir-birinə saxta layk atmaqla bunlar hakimiyyətə gəlmək istəyirlər və onların biabırçı hərəkətləri, antimilli, xəyanətkar addımları cəmiyyətdə ikrah hissi doğurur. Əgər müxalifət nəyisə əldə etmək istəyirsə, ilk növbədə, o partiyalar naftalin qoxusu gələn ünsürlərdən təmizlənməlidir, sağlam, müasir müxalifət formalaşmalıdır. O müxalifət ki, bizi tənqid edəcək, amma əsaslı tənqid edəcək. O müxalifət ki, ümumxalq məsələlərini hər şeydən üstün tutur. Mən ümid edirəm ki, nə vaxtsa, biz bunu görəcəyik".

AZTA regionlarda beş yeni nümayəndəlik açıb
AZTA regionlarda beş yeni nümayəndəlik açıb
Azərbaycanın təşəbbüsü ilə türkdilli dövlətlərin Turizm təşkilatı yaradılacaq
Azərbaycanın təşəbbüsü ilə türkdilli dövlətlərin Turizm təşkilatı yaradılacaq
Uzun müddət fəaliyyət göstərməyən turizm şirkətlərinin öz fəaliyyətlərini bərpa etməsinə icazə verildi
Uzun müddət fəaliyyət göstərməyən turizm şirkətlərinin öz fəaliyyətlərini bərpa etməsinə icazə verildi
Loading Bars
Xəbər lenti
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib
Sabah hava küləkli olacaq
"Sədərək"də komissiya yaradıldı: Mağazaların işıqları söndürüldü
Tofiq Yaqublunun apelyasiya şikayətinə bu gün baxılacaq
Tenderlərdə şəffaflıq necə qorunmalıdır? - Dövlət Xidməti Trend-in suallarını cavablandırıb
İtaliya Azərbaycanla əməkdaşlıq üçün Aİ-dən şirkətlərin cəlb olunmasına kömək edəcək
Azərbaycan nefti bahalaşır
"İsraildə Azərbaycan Evi"nin rəhbəri Akko şəhər meriyasının təşəkkürnaməsinə layiq görülüb
Baş Prokurorluq "Masazır" gölünün çirklənməsi məsələsini nəzarətə götürdü
Poliklinikaların fəaliyyəti standart qrafik üzrə bərpa edilib - Nazirlik
Xətai rayonunda yolların yenidən qurulmasına 10,05 milyon manat ayrılıb
Bu il Azərbaycanın ixrac və idxal etdiyi əsas məhsullar bunlar olub
Rusiyada 6 minə yaxın yeni yoluxma qeydə alınıb, 134 nəfər ölüb
İtaliyanın Azərbaycandakı səfiri pandemiyanın ticarət dövriyyəsinə təsirindən danışıb
Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün quraşdırılmasına başlanılıb (FOTO)
Gəncədə COVİD-19-a qarşı dezinfeksiya işləri gücləndirildi (FOTO)
Payızın qazandıran kampaniyası Hesab.az-da!
Yarımqoşquda külli miqdarda qanunsuz dərman preparatları aşkar edildi
Bakı-Quba yolunda 68 yaşlı kişinin ölümü ilə bağlı iş Baş Prokurorluğun nəzarətinə verildi
Poliklinikada qeydiyyatda olan tənha, xroniki və onkoloji xəstələr üçün çatdırılma xidməti var - Sektor müdiri
Peyvəndlərin aparılması bərpa edilib - Səhiyyə Nazirliyi
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edilib (FOTO)
Dövlət qulluğuna qəbul üzrə növbəti imtahana dair statistik məlumatlar açıqlanıb
“Abituriyent Məsləhət Mərkəzləri” istirahət günləri də fəaliyyət göstərəcək
Yankauskas: Aİ Azərbaycanda ikinci əsas investordur və tərəflər arasında münasibətlərin inkişafı davam edəcək
Zabrat-Pirşağı dəmir yolu tunelində işlər nə yerdədir? - Açıqlama
Üzeyir Hacıbəyli - Taleyi tarixlə birləşik dahi
Hacıqabulda usta şirkətin damından yıxıldı
Ermənistanda 239 yeni yoluxma qeydə alınıb
Karantin rejimini pozan restoran aşkarlanıb
Tamam Cəfərova: Uğurlu iqtisadi siyasət postpandemiya dövründə Azərbaycanın ən hazırlıqlı ölkələr sırasında olmasına imkan verəcək
Rəqəmsal platformaların istifadəsinin sadələşdirilməsi malların daşınmasını sürətləndirə bilər
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı başlayıb
Bu gün həbsdə olan sabiq səfir Eldar Həsənovun şikayətinə baxılacaq
SOCAR-da satınalmalar necə həyata keçirilir?
Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
Tərtərdə əmisini öldürən gəncin işi məhkəməyə göndərildi
Pərvin Kərimzadə: ATƏT-in Minsk Qrupu susqunluğuna son verməlidir
"ADY Express” Rusiya-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə yeni növ yüklərin daşınmasına başlayacaq
V ixtisas qrupu üzrə qabiliyyət imtahanları bu gün yekunlaşır
Əmək müqaviləsi ilə çalışan əlil şəxslərin sayı açıqlanıb
Ceyhun Bayramovun Ermənistanın qanunsuz fəaliyyəti barədə məktubu BMT sənədi kimi dərc olunub
Şəkidə koronavirusa kütləvi yoluxma olan bazar 3 günlük bağlandı - Operativ Qərargah
Qaradağda lift ustasının ölümü ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərildi
DTX əməliyyat keçirdi: “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində vuruşmuş şəxs tutuldu (FOTO)
Bərpa olunan Çıraqqaladan son görüntülər (FOTO)
Ürək-damar xəstəlikləri aşkar edildikdə nə etmək lazımdır?
Ermənistan iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 38 dəfə pozub
Sentyabrın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Bərdədə ev yanıb
bp “Enerji perspektivlərinə baxış – 2020” hesabatını təqdim edib
Goranboyda yük avtomobili yanıb
Qazaxıstanda daha 78 nəfər koronavirusa yoluxub
ABŞ-da Ermənistanın təcavüzündən bəhs edən proqram yayımlanıb
Mərkəzi Bank: Azərbaycanda POS terminalların sayının azalmasına səbəb dörd bankın lisenziyasının ləğvi ilə bağlıdır
Çavuşoğlu və NATO-nun baş katibi arasında telefon danışığı olub
Braziliyada koronavirusdan ölənlərin sayı 135 min nəfərə çatır
Türkiyədə zəlzələ baş verib
Fransada rekord sayda koronavirusa yoluxma qeydə alınıb
Moskvada bir sıra aviareys ləğv edilib
Dünyada koronavirusa yoluxanların sayı 30 milyon nəfəri ötüb
Bakıda bərbərxana yanıb
Suriyada güclü partlayış baş verib
Moskvada koronavirusdan ölənlərin sayı 5 033 nəfərə çatıb
BƏƏ-də koronavirusa yoluxanların sayı 82 min nəfəri ötüb
İpəyimiz dünya bazarlarına ixrac oluna bilər
Almaniyada xəstəxanaya haker hücumu nəticəsində xəstə həyatını itirib
Azərbaycana "Stadler" şirkətinin daha 9 ədəd yataq tipli vaqonları gətirilib
"İnstaqram"ın işində qüsurlar yaranıb
Özünüməşğulluq proqramının icra vəziyyəti necədir? – “Hədəf”də suallara aydınlıq gətirildi
"Neftçi" Avropa Liqasında "Qalatasaray"a məğlub oldu
Ədliyyə Nazirliyi və TƏBİB nümayəndələri Tofiq Yaqubluya baş çəkib
Türkiyədə koronavirusdan sağalanların sayı 263 min nəfəri ötüb
Maliyyə naziri pandemiya dövründə dövlətlərin prioritetləri barədə danışdı
Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb (FOTO)
Daha çox hansı ölkələrə məhsul ixrac edirik?
Cəlilabadda ikimərtəbəli evdə yanğın olub
Mingəçevir Dövlət Universiteti Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq edəcək
Azərbaycan iqtisadiyyatının bərpası 2020-ci ilin sonunadək başlayacaq
Bakıda mənzildən kişi meyiti tapılıb
TƏBİB: Reanimasiyada olan koronavirus xəstələrinin sayı 112 nəfərdir
1 saylı Bakı DOST Mərkəzi 110 minə yaxın vətəndaşa xidmət edib (FOTO)
Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərilib
Milli Məclisin Mədəniyyət komitəsi payız sessiyasında ilk iclasını keçirib (FOTO)
BŞTİ: Təhsil müəssisələrində sanitar-epidemioloji qaydalara həssas yanaşılır (FOTO)
Sentyabrın 18-i üçün teledərslərin cədvəli açıqlanıb
Mariya Zaxarova: Livanlı qaçqınların Dağlıq Qarabağa real axını barədə Rusiyanın təsdiqlənmiş məlumatı yoxdur
Milli Məclisin nümayəndə heyəti Rusiyaya rəsmi səfər edəcək
Ombudsmanın yeni çağrı mərkəzi istifadəyə verilib (FOTO/VİDEO)
Tofiq Yaqublunun apellyasiya şikayətinə baxılacaq vaxt bilindi
TÜRK PA-da Səhiyyə məsələləri üzrə parlament komitələri rəhbərlərinin iclası keçirilib
Vüqar Rəhimzadə: Dövlət idarəçiliyində açıq hökumət prinsiplərinin tətbiqi həyata keçirilən siyasətin əsas istiqamətlərindəndir
Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
Bakıda qardaşı arvadını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Şəkidə koronavirusa kütləvi yoluxma qeydə alınıb
Sentyabrın 18-də manatın dollara qarşı məzənnəsi
Gələcəkdə fəxri ad alan şəxslərin üzərinə müəyyən öhdəliklər qoyula bilər
Azərbaycanda 119 nəfər koronavirusa yoluxdu, 140 nəfər sağaldı, 2 nəfər vəfat etdi
Sabah Sabunçuda içməli suyun verilişində məhdudiyyət olacaq
Dalma Elektrik Mühərriklərinin Təmiri Sahəsi yenidənqurmadan sonra istismara verildi (FOTO)
Bütün xəbərlər