...

Azərbaycana könüllü qayıdan 703 şəxsə yardım göstərilib

Siyasət Materials 10 Yanvar 2020 13:39 (UTC +04:00)
Beynəlxalq KQYR layihələri çərçivəsində mənşə ölkələrinə qayıdan Azərbaycan vətəndaşlarının reinteqrasiya yardımı ilə təmin edilməsinə davam edib.
Azərbaycana könüllü qayıdan 703 şəxsə yardım göstərilib

Bakı. Trend:

Beynəlxalq Miqrasiya Təşkilatı Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkələrinə qayıdan Azərbaycan vətəndaşlarının reinteqrasiya yardımı ilə təmin edilməsinə davam edib.

Təşkilatdan Trend-ə verilən məlumata əsasən, 2019-cu ildə KQYR layihələri çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən 105 nəfər şəxsə nağd qrant və 598 nəfər şəxsə isə qeyri-nağd yardımlar göstərilib. Ötən il ərzində, 40 nəfərə tibbi yardım, 120 nəfərə müvəqqəti mənzil təminatı, 188 nəfərə kiçik biznesin qurulması üçün və 285 şəxsə isə zəruri ev əşyalarının alınmasına dair yardım (məişət və mebel əşyaları) göstərilib.

BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən təqdim olunan reinteqrasiya yardımının əsas hissəsi könüllü qayıdanlara və onların ailələrinə gəlir gətirən fəaliyyət sahələrinin qurulması ilə bağlıdır. 2019-cu ildə KQYR layihələri çərçivəsində könüllü qayıdan şəxslərə əsasən kiçik biznes fəaliyyətinin qurulması, müvəqqəti mənzil təminatı, zəruri ev əşyalarına dair yardım və tibbi ehtiyacların ödənilməsi üçün yardımlar göstərilib. BMqT-nin dəstəyi ilə mənşə ölkəsinə qayıdan şəxslər, kiçik fermer təsərrüfatı (xırdabuynuzlu və iribuynuzlu heyvanların alınması), xidmət sektoru, ticarət və kiçik istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti