...

MSK DSK-nın qərarını ləğv etdi

Siyasət Materials 11 Yanvar 2020 16:45 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası 41 saylı Sumqayıt Birinci Seçki Dairəsinin qərarını ləğv edib.
MSK DSK-nın qərarını ləğv etdi

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyası (MSK) 41 saylı Sumqayıt Birinci Seçki Dairəsinin qərarını ləğv edib.

Trend-in məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında 41 saylı Sumqayıt Birinci Seçki Dairəsi üzrə deputatlığa namizədliyini irəli sürülmüş Murad Rəhimlinin müraciətinə baxılıb.

MSK üzvü Qabil Orucov bildirib ki, 41 saylı Sumqayıt Birinci Dairə Seçki Komissiyası (DSK) imza vərəqələrindəki problemi əsas gətirərək M.Rəhimlinin namizədliyini qeydə almayıb. MSK DSK-nın qərarını ləğv edib və M.Rəhimlinin deputatlığa namizədliyi qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti