...

YAP İctimai Televiziyada pulsuz efir vaxtından imtina etdi

Siyasət Materials 17 Yanvar 2020 14:13 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində İctimai Televiziyada pulsuz efir vaxtından imtina edir
YAP İctimai Televiziyada pulsuz efir vaxtından imtina etdi

Bakı. Elçin Mehdiyev – Trend:

Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində İctimai Televiziyada pulsuz efir vaxtından imtina edir.

Trend-in məlumatına görə, partiya bu addımı bütün namizədlərə bərabər şərait yaratmaq məqsədilə atıb.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radioda efir vaxtı ayrılır, o cümlədən dövlətdən maliyyələşən dövrü mətbuatda pulsuz təşviqat aparmaq üçün şərait yaradılır.

YAP-ın deputatlığa 123 namizədi qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti