...

Parlament seçkiləri ilə bağlı daha bir kitabça nəşr edilib

Siyasət Materials 24 Yanvar 2020 19:20 (UTC +04:00)
Azərbaycanda fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə bağlı daha bir kitabça nəşr edilib.
Parlament seçkiləri ilə bağlı daha bir kitabça nəşr edilib

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə bağlı daha bir kitabça nəşr edilib.

Trend-in məlumatına görə, “Seçki günü üçün” yaddaş kitabçası Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb. Kitabça məntəqə seçki komissiyalarının üzvlərinin öz vəzifələrini düzgün və qanunun tələbinə uyğun surətdə yerinə yetirmək üçün göstərilən əsas sənədlərlə dərindən tanış olmaları üçün hazırlanıb.

Qeyd edək ki, bundan öncə MSK tərəfindən namizədlər, müşahidəçilər, KİV nümayəndələri və polis əməkdaşları üçün yaddaş kitabçaları nəşr edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti