...

Qeydiyyatını dəyişən seçicilərə səsvermə vəsiqəsinin verilməsi müddəti başa çatır

Siyasət Materials 5 Fevral 2020 09:00 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində seçiciyə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi müddəti başa çatır.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, vəsiqələr səsvermə gününə 24–3 gün qalanadək, yəni 2020-ci il yanvarın 16-dan fevralın 6-dək verilməlidir.

Fevralın 6-da, həmçinin seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti