...

Adil Əliyev: Sosial paketlər hazırlanıb paylanana qədər imkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır

Siyasət Materials 31 Mart 2020 23:30 (UTC +04:00)
Sosial paketlər hazırlanıb paylanana qədər imkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır
Adil Əliyev: Sosial paketlər hazırlanıb paylanana qədər imkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır

Bakı. Trend:

Sosial paketlər hazırlanıb paylanana qədər imkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Adil Əliyev “Facebook” səhifəsində yazıb.

Vitse-spiker bütün vətəndaşları dövlətin rəsmi qərarlarını əməl etməyə dəvət edib:

"Hesab edirəm ki, əgər biz karantin vəziyyətinin aylarla uzanmasını istəmiriksə, bu günə qədər pandemiyadan canını tapşıranlarla kifayətlənmək istəyiriksə, onda hamılıqla “evdə qal” kampaniyasına qoşulmalıyıq. Sosial təcridetmənin, virusun qarşısını almaq üçün cəmiyyəti, insanları xilas etmək üçün ən doğru yollardan biri olduğunu nəzərə almalıyıq və əməl etməliyik”.

A.Əliyev bu məsələyə məsuliyyətsiz yanaşanlara təəssüf edib: “Hamımız dərk edirik ki, kasıb, az təminatlı, işləməyən insanlarla bağlı problemlər var və bu problemlər dövlətimizin, hökumətimizin nəzarətindədir. Sosial paketlər hazırlanıb paylanana qədər imkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır. Onlara maddi mənəvi dəstək verməlidirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti