...

Azərbaycanlı gənc koronavirusla bağlı beynəlxalq işçi qrupunda təmsil olunacaq

Siyasət Materials 6 Aprel 2020 15:04 (UTC +04:00)
Azərbaycanlı gənc koronavirusla bağlı beynəlxalq işçi qrupunda təmsil olunacaq

Bakı. Trend:

"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı COVİD-19 Gənclərin Beynəlxalq İşçi Qrupunda (Covid-19 Youth Task Force) təmsil olunacaq. Gənc fəal beynəlxalq işçi qrupunun Azərbaycan nümayəndəsi təyin edilib.

Bu barədə Trend-ə məlumat verən F.Şahbazlı bildirib ki, mərkəzi qərargahı Pakistanın İslamabad şəhərində yerləşən beynəlxalq təşkilat koronavirus pandemiyası ilə mübarizədə gənclərin beynəlxalq əməkdaşlığını hədəfləyir:

"Bu beynəlxalq təşkilat koronavirusla mübarizədə müxtəlif sahələrdə fərqlənən gənclərin birgə əməkdaşlığını ehtiva edir və hazırda Asiya, Avropa, Afrika, Karib dənizi, Balkan regionu , ABŞ və Çin daxil olmaqla dünyanın 20-dən artıq ölkəsindən olan nüfuzlu gənc liderləri ətrafında birləşdirir. "Covid-19 Youth Task Force" müxtəlif ölkərin dövlət qurumları, QHT, media qurumları və digər əlaqədar təşkilatlarla yaxından əməkdaşlıq edəcək. Bu beynəlxalq təşkilat Birləşmiş Millətlər Təşkilatının və Ümumdünya Səhiyyə Təşkilatının məqsədlərini dəstəkləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti