Bakı. Samir Əli - Trend:
İmişlinin keçmiş icra başçısı həbs olunub.
Trend-in məlumatına görə, bu gün Səbail rayon Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı proses keçirilib.
Prosesdə istintaq orqanının vəsatətinə baxılıb. Məhkəmə vəsatəti təmin edib və Vilyam Hacıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin bu gün imzaladığı müvafiq sərəncamla Vilyam Hacıyev İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.