...

Azərbaycanda karantin dövründə miqrantların evdən çıxmasında problem olmayıb

Siyasət Materials 20 May 2020 11:31 (UTC +04:00)
Azərbaycanda karantin dövründə miqrantların evdən çıxmasında problem olmayıb

Bakı. Samir Əli – Trend:

Azərbaycanda miqrantların xüsusi karantin dövründə SMS yazaraq evdən çıxması ilə bağlı heç bir problem olmayıb.

Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün keçirilən onlayn brifinqdə deyib.

Onun sözlərinə görə, ölkəmizdə yaşamaq icazəsi olan şəxslər şəxsiyyət vəsiqəsinin kodunu 8103-ə göndərməklə evdən çıxa bilirdilər:

“Vizasız şəxslər isə internet üzərindən bu müraciətləri edə bilirdilər. Bu sahədə heç bir problem olmayıb. Həmin şəxslərdən heç kim karantin dövründə problemlə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etməyib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti