...

Azərbaycanın dövlət sərhədinin bağlanması iyunun 15-dək uzadıldı

Siyasət Materials 29 May 2020 15:44 (UTC +04:00)
Azərbaycanın dövlət sərhədinin bağlanması iyunun 15-dək uzadıldı

Bakı. Trend:

Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə bildirilib ki, COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 15 iyun 2020-ci il tarixədək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti