...

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Azərbaycanın haqqına, hüququna edilən hücumlara əsla səssiz qalmayacaq

Siyasət Materials 14 İyul 2020 21:01 (UTC +04:00)
Rəcəb Tayyib Ərdoğan: Türkiyə Azərbaycanın haqqına, hüququna edilən hücumlara əsla səssiz qalmayacaq

Bakı. Trend:

Türkiyə Azərbaycanın haqqına, hüququna edilən hücumlaraa əsla səssiz qalmayacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan televiziyada canlı yayımda çıxışı zamanı Ermənistan-Azərbaycan sərhədində yaşanan təxribatla bağlı danışarkən deyib.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti